En son xeberler

Rusiya İranla danışıqları əngəlləməyə başlayıb

Ekspertlər deyirlər ki, İran Qərb arasında razılaşmanın əldə edilməsi Tehranı neft bazarına qaytarmalıdır
Adının çəkilməsini istəməyən İran rəsmisi martın 7-də deyib ki, Vyanada davam edən nüvə sazişi danışıqlarında Rusiyanın irəli sürdüyü tələblər “konstruktiv deyil”.
Təsnim agentliyinin verdiyi xəbərdə deyilir ki, Rusiyanın “müdaxiləsi” onun öz maraqları ilə bağlıdır.
Moskva bu danışıqlarda ABŞ-dan onun üzərinə Ukrayna müharibəsinə görə qoyulmuş sanksiyaların qaldırılmasını tələb edib.
Ekspertlər deyirlər ki, Rusiyanın belə bir mövqeyi 2015-ci il nüvə sazişinin dirçəldilməsi yolunda əsas əngələ çevrilə bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva İran sazişini imzalamazdan əvvəl Rusiyanın üzərindəki sanksiyaların qaldırılacağına dair ABŞ-dan dövlət katibi səviyyəsində yazılı qarantiya istəyir.
Rusiyanın bu bəyanatından az əvvəl Tehran BMT-nin nüvə agentliyi ilə razılaşma əldə etdiyini bildirmişdi.
Bəzi xəbərlərə görə Tehran Vaşinqton arasında məhbus mübadiləsinə dair də razıalşma əldə olunub.
Rusiya 2015-ci il nüvə sazişinin imza tərəflərindən biridir.
Qərbin əks-həmləsi
Keçmiş prezident Donald Tramp 2018-ci ildə öz ölkəsini birtərəfli qaydada Tehranla nüvə razılaşmasından çıxarıb.
Bununla da İran üzərinə neft ixracı da daxil sanksiyalar bərpa edilib.
Hazırda ABŞ bu sazişin dirçəldilməsi üçün danışıqlara qayıdıb İranla Avropa İttifaqının vasitəçiliyi ilə dialoqdadır.
Vyana danışıqları ötən aprel ayında başlanıb. Xəbər verilir ki, sazişin imza tərəfləri – Fransa, Almaniya, Birləşmiş Krallıq, Rusiya Çin razılaşmaya çox yaxındırlar.
Ekspertlər deyirlər ki, İran Qərb arasında razılaşmanın əldə edilməsi Tehranı neft bazarına qaytarmalıdır.
Bu isə öz növbəsində neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsinə səbəb ola bilər.
Üzərinə ağır Qərb sanksiyaları qoyulmuş Rusiya hazırda məhz bunu əngəlləməyə çalışır.
Bu arada Birləşmiş Ştatlar avropalı partnyorları ilə Rusiya neftinə embarqo qoyulması məsələsini müzakirə edir.
Bu baraədə məlumat verən ABŞ dövlət katibi Entoni Blinken martın 6-da deyib ki, hazırda Rusiya neftinin idxalının dayandırılması ilə yanaşı dünya bazarında kəsinti yaranmaması üçün detallar müzakirə olunur.
Hazırda ABŞ-da benzinin qiyməti 2008-ci ildən bəri rekord həddinə çatıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button