En son xeberler

Luqanskda güclü partlayış. Nikolayev, Xarkov, Odessa atəş altında

Xerson da hədəfdədir. UNİAN Çernobayevka aerodromunun gecə atəşə tutulduğunu xəbər verir

Martın 7-də səhər Rusiya hərbçiləri Ukrayna şəhərlərini atəşə tutmağa davam ediblər. Luqanskda güclü partlayış törədildiyi xəbər verilir. UNİAN agentliyi şahidlərə istinadla neft bazasının yandığını yazır. Sosial şəbəkələrdə şahidlər də neft bazasının yandığını yazırlar. Bu bazanın artıq neçə ildir işləmədiyi deyilir.

TASS Luqanskda yanğınsöndürənlərin neft bazasında yanğını söndürməyə çalışdığını xəbər verir. Yanacaq dolu rezervuarların yandığı, yanğının qonşu rezervuarlara keçə biləcəyi bildirilir. Yanğının sahəsi qurbanlar barədə məlumat yoxdur.

Nikolayev, Xerson, Xarkov

“Current Time” martın 7-nə keçən gecə səhər Nikolayev şəhərinin atəşə tutulduğunu yazır. Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisneko “Ukraina 24” telekanalına deyib ki, Rusiya hərbçiləri Nikolayevdə yaşayış məhəllələrini “Smerç” atəşinə tutublar.

Nikolayevin reaktiv yaylım atəşinə tutulduğu xəbər verilir. Şəhər sakinləri atəşin şəhərin bütün rayonlarında, bəzən hər iki istiqamətdə eşidildiyini deyirlər.

Bəzi rayonlarda işıq, mobil rabitə kəsilib.

Xerson da hədəfdədir. UNİAN Çernobayevka aerodromunun gecə atəşə tutulduğunu xəbər verir.

Xarkov da atəş altındadır. Rusiyanın Müdafiə Nazirliyinin iddiasına görə, “SBU Azov batalyonu döyüşçüləri” Xarkov fizika-texniki institutunda reaktoru partlatmağı planlaşdırırlar.

Odessa vilayətinin Tuzla yaşayış məskəninə dənizdən zərbə endirildiyi xəbər verilir. Vilayət rəsmisi kritik infrastrukturun vurulduğunu deyib.

Humanitar dəhlizlər açılacaq

Rusiya martın 7-də səhər 10-dan sükut rejimi elan edib, Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putindən xahişinə uyğun olaraq humanitar dəhlizlərin açılacağı bildirilib. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Humanitar dəhlizlər Kiyev, Mariupol, Xarkov Sumidən açılmalıdır. Rusiya tərəf dronlar vasitəsilə nəzarət edəcəyini bildirib.

Rusiya fevralın 24-də Ukraynaya müxtəlif istiqamətlərdən hücuma başlayıb. Qərb bu hücumu pisləyib, Rusiyaya sanksiya tətbiqinə başlayıb

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button