En son xeberler

Google cihazların insan dərisi vasitəsilə idarəsi texnologiyasını patentləşdirib

    Google şirkəti geyilə bilən cihazların (smart saatlar, smart qolbaqlar, naqilsiz qulaqlıqlar s.) idarəsi üçün nəzərdə tutulmuş yeni jest texnologiyasını patentləşdirib. Jestlər vasitəsilə yeni idarəetmə sistemində xüsusi sensorlu panellər əvəzinə cihazın yaxınlığında biləkdəki ya boyundakı dəridən istifadə etmək nəzərdə tutulub. Patent sənədindəki təsvirlərdə bu texnologiyanın necə çalışacağı əks olunub. Sözügedən texnologiya Skin Interface adını əldə edib. Patent sənədlərinə əsasən bu ya digər cihazın funksiyalarından istifadə etmək üçün istifadəçi cihazın yanında olarkən öz bədən dərisinə toxunmalı ya dərisinin üzərində sürüşdürmə hərəkəti reallaşdırmalı olacaq. Müvafiq jest (üfüqi ya şaquli sürüşdürmə, bir ya bir neçə barmaq vasitəsilə qısa ya uzunmüddətli toxunuş) öz növbəsində mexaniki dalğa yaradacaq cihazın sensorları həmin dalğanı qəbul edəcəklər.

    Gözləntilərə əsasən bu cür üsul vasitəsilə telefon zənglərinə cavab vermək ya onları sonlandırmaq, qulaqlıqlardakı səsi tənzimləmək ya oxunan musiqini dəyişmək mümkün olacaq. Şirkət həmçinin müəyyən əmrlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmamış jestlərin filtrasiyası üçün machine learning texnologiyasından istifadə etməyi planlaşdırır. Bunun sayəsində istifadəçi bu ya digər əmrin işə salınmasından qorxmayaraq rahat hərəkət edə biləcək. Məlumata əsasən Pixel Buds qulaqlıqlarının sahibləri qulaq hissədə olan dəriyə toxunmaqla bu funksiyadan istifadə edə biləcəklər. Hal hazırda bu texnologiya yalnız kağız üzərində mövcuddur. Google şirkətinin onu hansı cihazda nə zaman reallaşdıracağı bilinmir.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button