En son xeberler

Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını artırır

Rusiya Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan Özbəkistandan tərəvəz idxalını artıracaq.

Bu barədə “Haber Global” xəbər verir.

Rusiya Federasiyasının Baytarlıq Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) verilən açıqlamada ümumilikdə 9 ölkədən tərəvəz idxalının artırılacağı bildirilib.

Qeyd edilir ki, Türkiyədən əlavə pomidor, bibər, balqabaq badımcan idxal ediləcək: “Əvvəlki idxal məhdudiyyətləri aradan qaldırılaraq, müvafiq ölkələrin bütün torpaqlarından tərəvəz idxalının davam etdirilməsinə qərar verilib”.

“Rosselxoznadzor”un açıqladığı siyahıya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan Özbəkistan daxildir.(Report)


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button