En son xeberler

Azərbaycanda karantin rejimi yumşaldılıb – 24 saat

Azərbaycanda karantin rejimi yumşaldılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Qərara əsasən, martın 6-dan etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə sərnişinləri qarşılayan yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Eyni zamanda mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar konfrans zallarının, istirahət əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt say məhdudiyyəti, dini ibadət yerlərinə tətbiq edilən say eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti, şənlik mərasimlərinin (toy, nişan, ad günləri s.) keçirilməsi ilə bağlı vaxt say məhdudiyyəti, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət, pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyət ləğv edilir.

Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.

Qeyd edək ki, məhdudiyyətlərin ləğv olunması şamil olunan iş xidmət sahələrində koronavirus infeksiyasına qarşı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər tələblər (girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə s.) qüvvədə saxlanılır. Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sosial məsafənin qorunması əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button