En son xeberler

Rusiya-Ukrayna danışıqlarının ikinci raundu birincidən daha sürətli keçdi /YENİLƏNİB/

Bakı/03.03.22 Rusiya Federasiyası prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə danışıqların ikinci mərhələsinin yekunlarına dair əldə edilmiş razılaşmaları əhəmiyyətli irəliləyiş adlandırıb. Məsələn, tərəflər əhali üçün humanitar dəhlizlər barədə razılığa gəliblər.

“Bu gün həll edilmiş əsas məsələ hərbi toqquşmalar zonasında qalmış insanların, dinc sakinlərin xilas edilməsi məsələsidir. Buna görə də tərəflər – Rusiya Federasiyası Müdafiə Nazirliyinin, Ukraynanın Müdafiə Nazirliyinin nümayəndələri – mülki əhalinin çıxışı üçün humanitar dəhlizlərin qorunması rejiminin formatı, mülki əhalinin çıxışı dövründə humanitar dəhliz sektorunda hərbi əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər. Düşünürəm ki, bu, əhəmiyyətli irəliləyişdir”, – deyə o jurnalistlərə bildirib.

Medinski qeyd edib ki, danışıqlarda tərəflər üç məsələ – hərbi, Beynəlxalq Humanitar münaqişənin gələcək siyasi həlli məsələsini müzakirə ediblər. “Vəzifələr tamamilə aydındır, onlar bənd bənd yazılıb. Onların bir hissəsi ilə qarşılıqlı anlaşma tapmaq mümkün olub”, – deyə o bildirib.

“Rusiya bu vəziyyətə düşmüş mülki şəxsləri humanitar dəhlizlərdən istifadə etmək, hərbi əməliyyatlar davam edərsə, hərbi əməliyyatların dayandırılması üçün əlindən gələni etməyə çağrır”, – deyə Medinski bildirib.

Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak danışıqların sonunda bildirib ki, Ukrayna nümayəndə heyəti gözlənilən nəticəni əldə etməyib danışıqların üçüncü raundunda dialoqu davam etdirəcək.

“Təəssüf ki, biz gözlədiyimiz nəticələri almamışıq. Çünki kifayət qədər çox şəhər indi əhatə olunub, ərzaq, dərman, evakuasiya imkanları ilə bağlı dramatik vəziyyət yaranıb”, – deyə o bildirib.

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun mümkün qədər tez keçirilməsi planlaşdırılır.

Yalnız tərəflər mülki əhalinin evakuasiyası üçün humanitar dəhlizlərin birgə təqdim edilməsi, həmçinin təxliyə salındığı sektorlarda müvəqqəti atəşkəsin mümkünlüyü ilə bağlı ən şiddətli döyüş yerlərinə tibbi ləvazimatların ərzaq məhsullarının çatdırılması ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər.-0—

*   *   *

2022 Mart 03 (Cümə axşamı) 20:12:50

Belarusda Ukrayna ilə Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb

Bakı/03.03.22 Belarusda, Belovejskaya puşa ərazisndə  Rusiya Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başlayıb.

Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak gündəlikdə aşağıdakı məsələlərin durduğunu bildirib:

* dərhal atəşkəsin dayandırılması;

* müvəqqəti barışığa nail olmaq;

* mülki əhalinin dağılmış ya daim atəşə tutulan kəndlərdən şəhərlərdən çıxarılması  üçün humanitar dəhlizlər yaratmaq.-0–


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button