En son xeberler

HTC şirkəti gələn ay metakainat üçün premium smartfon təqdim edəcək

    HTC şirkətinin top menecerlərindən biri MWC 2022 sərgisində bildirib ki, şirkət gələn ay metakainat üçün nəzərdə tutulmuş smartfon təqdim edəcək həmin smartfon premium seqment üçün nəzərdə tutulacaq. Qeyd etmək lazımdır ki, bir vaxtlar mobil sektorun lider təmsilçilərindən olmuş HTC şirkəti hal hazırda əsas diqqətini VR texnologiyalara ayırıb. Şirkət MWC 2022 sərgisində Viverse adlı subbrendini təqdim edib bu subbrend VR sahədə olan texnoloji həllərə yönəlik fəaliyyət göstərəcək.

    HTC-nin metakainat üçün premium smartfon satışa çıxartmaq niyyətini şirkətin Asiya-Sakit okean regionu üzrə rəhbəri Charles Huang bildirib. Təqdim olunacaq smartfon AR VR tətbiqlərdən daimi istifadə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulacaq. O həmçinin bildirib ki, söhbət, məhz premium smartfondan gedir. Bu isə çox maraqlı faktordur. Belə ki, son illərdə HTC mobil bazarda əsasən orta büdcəli smartfonlarla çıxış edir. Hələ bir neçə müddət bundan öncə şirkət Exodus 1 Exodus 1s adlı smartfonlarını təqdim etmişdi. Həmin smartfonlar blockchain texnologiyasına hədəflənmişdilər. Buna baxmayaraq onlar elə də geniş məşhurluq qazana bilmədilər. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button