En son xeberler

Ukrayna yepiskopu Putini ‘İsa düşməni’ adlandırıb

Yevstratiy Zoriya deyib ki, Putinin etdikləri tamamilə İncilə ziddir

Ukraynanın müstəqil Pravoslav Kiləsinin liderləri Rusiya prezidenti Vladimir Putini “müasir zəmanəmizin İsa düşməni (antixrist)” adlandırıblar deyiblər ki, o Ukraynaya hücumu ilə Allahın iradəsi qanunları əleyhinə çıxıb.

BBC-yə müsahibəsində kilsənin sözçüsü yepiskopu Yevstratiy Zoriya deyib ki, Putinin etdikləri tamamilə İncilə ziddir.

Bundan əvvəl Ukrayna mitropoliti I Yepifaniusun verdiyi bəyanatda deyilirdi ki,Rusiya lideri İsa düşməninin ruhuna əsirdir”.

Ruhani lider iddia etmişdi ki, Putində “İsa düşmənliyinin bütün aləmətləri – qürrə, iblisə pərəstiş, qəddarlıq saxta möminlik” var.

Yepifaniys deyib ki, II Dünya Müharibəsi zamanı Hitler belə idi, bugün Putin belədir.

Müqavimətə xeyir-dua

Ukrayna müstəqil Pravoslav Kilsəsinin arxiyepiskopu habelə Rusiyanın hücumuna müqavimətə xeyir-dua vermişdi:

“Sevgi həqiqətin ruhu bizim tərəfimizdədir. Biz Allahın köməyi ilə qalib gələcəyik. Təcavüzə müqavimətin hər bir saatı bizi buna yaxınlaşdırır”.

2018-ci ildən başlayaraq Ukrayna Pravoslav Kilsəsi ikiyə bölünüb. Onun bir hissəsi Ukraynanın müstəqil kilsəsi kimi Konstantinopol (İstanbul) patriarxlığından avtokefaliya toması alıb.

Digər Ukrayna Pravoslav Kilsəsi isə Moskva partriarxlığının tabeliyində qalır.

Lakin kilsənin Moskvanın tabeçiyilyində qalan hissəsində də keşişlər Ukraynaya hücumu Putini pisləyiblər.

Bu məqsədlə yazılan müracuiəti artıq 100-dək ruhanin imzalayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button