En son xeberler

Şirkət hansı məhsulları təqdim edəcək?

    Daha öncə dəfələrlə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti bu ay yeni məhsullarını təqdim edəcək. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənib. Belə ki, Apple online formatda keçiriləcək yeni təqdimat tədbirini elan edib. Növbəti təqdimat tədbiri 8 mart tarixində baş tutacaq. Bu dəfəki təqdimat tədbirinin sloqanı “Peek performance”dır. Apple şirkətinin 8 mart tarixində nə təqdim edəcəyi məsələsinə gəldikdə isə gözləntilərə əsasən şirkət 5G dəstəkli yeni iPhone SE modelini, iPad Air planşetini bir neçə kompüterini təqdim edəcək. Təqdim ediləcək kompüterlər arasında M2 prosessoruna sahib olacaq yeni MacBook Pro da ola bilər. Tədbir çərçivəsində yeni Mac modelinin təqdim olunacağı da istisna deyil. Lakin hamı tərəfindən ən çox gözlənilən yeni məhsul məhz yeni iPhone SE modelidir. Daha öncəki məlumat sızıntılarına əsasən 5G dəstəkli yeni iPhone SE modeli xarici görünüşcə iPhone SE (2020) modelinə bənzəyəccək. Lakin bununla belə smartfon Apple A15 Bionic prosessoru ilə təchiz olunmalıdır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button