En son xeberler

“Məmurlar sığınacaqları satdılar…”

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində artıq yüzlərlə dinc vətəndaşlar həlak olub. Onların arasında uşaqlar da var.

Ukrayna rəsmiləri bildirir ki, iri balaca şəhərlər dayanmadan raket bomba zərbələrinə məruz qalır. Onların vurğulamasına görə, məhz bu səbəbdən vətəndaşlar yeraltı sığınacaqlarda qalmağa məcburdurlar.

Qanunvericiliyə görə, belə sığınacaqlar Azərbaycanda da olmalıdır.

Ölkədə yeraltı sığınacaqlar mövcuddurmu? Bu istiqamətdə rəsmi qurumlar son dönəmdə hansısa iş görübmü?

30 il əvvəlki qərar

Hələ 1992-ci ildə Nazirlər Kabineti Azərbaycanda sülh müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında qərar qəbul edib. Həmin qərara görə, mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya daldalanacaqları, sadə daldalanacaqlar – zirzəmilər başqa yeraltı tikililəri) respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir.

Avropanın bir çox ölkələrində dövlət qismən də özəl şirkətlərin apardıqları tikinti işlərində binaların zirzəmiləri məhz sığınacaq üçün nəzərdə tutulur.

FHN: Kifayət qədər sığınacaqlar mövcuddur

Fövqəladə Hallar Nazirliyindən “24saat.org”a bildirilib ki, Azərbaycanın bütün bölgələrində kifayət qədər sığınacaqlar bu kimi obyektlər mövcuddur: “Adətən, sığınacaqlar kimi binalara bitişik ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr sair hazırlanır”.

“Hava təminatı, sanitar qovşağı olmalıdır”

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Azərbaycanda sığınacaqlarla bağlı vəziyyət acınacaqlıdır: “Sovetlər dönəmində Azərbaycanda ən müasir tələblərə cavab verən sığınacaqlar olub. Hətta həmin sığınacaqlarda vaxtlı-vaxtında yoxlamalar aparırdılar. Amma Azərbaycan müstəqilliyi əldə etdikdən sonra bəzi məmurlar həmin o sığınacaqların bəzilərini satdılar”.

Onun sözlərinə görə, Azərbaycanda havadan hər hansı təhlükə olarsa, insanlar Bakı metropolitenində lazımı qaydada daldalana bilərlər: “Sığınacaqlar elə belə deyil ki, insanlar orada nədənsə gizləndilər təhlükə sovuşdu. Sığınacaqda ən azından bir neçə günlük su, ərzaq olmalıdır, onun hava təminatı, sanitar qovşağı olmalıdır. Bu gün Azərbaycanda bu məsələyə fikir verilmir çox təəssüf ki, biz bu məsələdə başqa ölkələrdən geridə qalırıq”.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı “Donetsk Xalq Respublikası” “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi. Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı.

Son hücumdan sonra isə Rusiyaya qarşı Qərb başqa bəzi ölkələrin sanksiyası daha da genişləndirilib. (Azadlıq Radiosu)

The post “Məmurlar sığınacaqları satdılar…” appeared first on 24 saat.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button