En son xeberler

Kiyevdə gecə partlayışları

Dəmiryolu vağzalları, Polşa, Slovakiya, Rumıniya Macarıstanla sərhəd keçid məntəqələri qadınlar, uşaqlarla doludur

Ötən gecə Ukrayna paytaxtında güclü partlayışlar baş verib, digər şəhərlər bombardman olunub. Rusiyanın Ukraynaya hücumu artıq ikinci həftəyə girir. Bir gün öncə BMT üzvləri Moskvanın hərəkətlərini pisləyib, Rusiyanı qüvvələrini geri çəkməyə çağırıb.

Rusiya ordusunun Ukraynanın əsas şəhərlərinə hücumu intensivləşdirdiyi görünür.

Rusiya əsgərləri Xerson küçələrində

Qara dəniz sahilindəki Xerson şəhərinin meri İqor Kolixayev martın 2-də axşam deyib ki, Rusiya əsgərləri 300 minədək əhalisi olan şəhərin küçələrindədir, yerli şuranın binasına giriblər.

O, “silahlı ziyarətçilər”lə danışdığını, amma heç bir vəd vermədiyini, yalnız “əhaliyə atəş açmamağı xahiş etdiyini” deyib.

Regional rəsmi Gennadi Laxuta “işğalçılar”ın Xersonun “hər yerində” olduğunu deyib.

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov bombardman olunur.

Britaniyanın Müdafiə Nazirliyi Azov dənizi sahilindəki Mariupol şəhərinin Rusiya qüvvələri tərəfindən mühasirəyə alındığını bildirib.

Sumıya güclü raket zərbəsi endirildiyi, çoxsaylı itkilər olduğu xəbər verilir.

Blokada planı

Kiyevin meri Vitali Kliçko martın 2-də “Current Time”a deyib ki, Rusiya əsgərlərinin paytaxtı mühasirəyə almaq “planları aşkar” görünür, onlar Kiyevi blokadaya salmağı planlaşdırırlar.

Günlərdir Rusiya tankları digər texnika Kiyevin şimalında kilometrlərlə uzanır.

Ukrayna rəsmiləri martın 3-bə Belarusun Brest regionunda Rusiya təmsilçiləri ilə gözlənən atəşkəs danışıqlarına nikbin yanaşmırlar.

Prezident Volodimir Zelenski mənalı danışıqlardan ötrü Rusiya qüvvələrinin Ukrayna şəhərlərini bombardmanını dayandırmalı olduğunu deyib.

Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski deyib ki, tərəflər Ukraynada mümkün humanitar dəhlizi də müzakirə edəcəklər.

Fevralın 28-də oxşar danışıqlarda proqres əldə olunmayıb.

1 milyon qaçqın

BMT-nin qaçqınlar üzrə agentliyi martın 3-də son yeddi gündə Ukraynadan qonşu ölkələrə sığınmağa çalışanların sayının 1 milyona çatığını bildirib.

Dəmiryolu vağzalları, Polşa, Slovakiya, Rumıniya Macarıstanla sərhəd keçid məntəqələri qadınlar, uşaqlarla doludur.

Ukrayna hakimiyyəti 18-60 yaşlı kişilərin ölkədən çıxmasını qadağan edib. Hazırda ordu, ehtiyat qüvvələri mülki müdafiə qrupları onminlərlə Rusiya əsgəri desantçısı, bombardman, tank zirehli texnika ilə mübarizə aparır.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan iki gün öncə isə Ukraynanın şərqindəki separatçı qurumları tanıyıb. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button