En son xeberler

“Heç kim özünü təhlükəyə atmaq istəmir”

Azərbaycan Ukrayna böhranında ikinci dəfə Rusiya ilə bağlı məsələdə səsvermədə iştirak etmədi. Ötən həftə Rusiyanın Avropa Şurasında fəaliyyətinin dondurulmasına da Azərbaycan nə dəstək vermişdi, nə də bitərəf qalmışdı. 

Martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının təcili iclasında Rusiyanın Ukraynaya müdaxiləsini pisləyən, Rusiya qoşunlarının dərhal Ukraynadan çıxarılmasını tələb edən qətnaməni 193 ölkədən 141-i dəstəkləyib. 35 ölkə bitərəf qalıb, 5 ölkə əleyhinə səs verib. Azərbaycan səsverməyə qatılmayıb. Qvineya, Qvineya Bisau, Mərakeş, Toqo, Türkmənistan, Özbəkistan, Venesuela da belə ediblər.

Xatırladaq ki, bundan əvvəl də Krım, Donbas problemləri ilə bağlı BMT müstəvisinə çıxarılan qətnamələrdə Azərbaycan eyni taktikadan istifadə edib. BMT sənədlərində bu kateqoriyaya “səs verməyib” deyilir.

Bununla belə, Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev qətnamənin müzakirəsi zamanı çıxışında dolayı da olsa, Rusiyanın Ukraynaya təcavüzün qınayıb. Diplomatın səsləndirdiyi tezislər bundan əvvəl də dövlət rəsmiləri səfirlər tərəfindən ifadə edilib Azərbaycan hökumətinin Ukrayna böhranı ilə bağlı mövqeyini əks etdirir. 

Diplomatik mənbələrdən mediaya ötürülən bilgiyə görə, Azərbaycanın BMT-dəki səsvermədə tutduğu mövqe Qoşulmama Hərəkatının sədri olması ilə birbaşa bağlıdır.

Yaşar Əliyevin BMT tribunasında oxuduğu nitqində isə bir neçə mühüm vurğu var:  

Azərbaycan Rusiya Ukrayna arasında müharibə ətrafında yaranmış vəziyyətin beynəlxalq hüququn norma prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə sərhədlərinin toxunulmazlığına hörmətlə, tam uyğun, sülh yolu ilə diplomatik vasitələrlə həllinin tərəfdarıdır;

Ukrayna onun ətrafında vəziyyət həddindən artıq narahatlıq doğurur bu, gərginliyin azaldılması, beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinin tapılması üçün təcili tədbirlərin görülməsini tələb edir. Azərbaycan mövcud böhranın xüsusilə mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb olmaqda davam etməsindən dərin təəssüf hissi keçirir. Ölən yaralananların ailələrinə başsağlığı veririk;

Biz beynəlxalq humanitar hüquqa ciddi riayət etməyə çağırırıq. Vətəndaşların həyatı mülki infrastruktur hər zaman qorunmalı təmin olunmalıdır. Azərbaycan artıq Ukrayna xalqına dərman, tibbi avadanlıq digər zəruri əşyalarla ikitərəfli əsasda humanitar yardım göstərib;

Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bir daha təcili dialoqa çağırır tərəflər arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayır.

Beləliklə, səfirin açıqlaması Azərbaycanın səsvermədə iştirak etməmək qərarında aydınlaşdırmağa ehtiyac duyulan məqamlar var. Səfir dolayı, ad çəkmədən beynəlxalq hüququ tapdalayan Rusiyanı qınayır, amma təcavüz faktına münasibət ifadə etmir. Bu zaman səsvermədə iştirak etməmək nə anlamına gəlir?  

Deputat Erkin Qədirli mətbuata deyib ki, Azərbaycan Rusiyanı dəstəkləmir. “Bu, hər şeydə görünür. Məsələn, Avropa Şurası Nazirlər Komitəsinin səsverməsindən söhbət gedirsə, aydındır ki, Azərbaycan məhz Rusiyanı dəstəkləmədiyi üçün iştirak etməyib. Mən əminəm ki, Rusiya bunu bu cür də gördü. Azərbaycan Rusiyanın lehinə səs verə bilməzdi, çünki bu, ayıb olardı. Bizdə bilirsiniz necədir, ayıbla təhlükə arasında seçim etməli olursan, bu da çox çətin bir seçimdir. Ölkəmizi də düşünməliyik, bizim ərazimizdə rus qoşunları var. Ərazimizin qalan hissəsini öz nəzarətimizə keçirmək üçün Rusiya ilə ehtiyatlı davranmalıyıq. Amma aydın məsələdir, Rusiyanın etdiklərinə haqq qazandırmadan. Mənə elə gəlir ki, bu xarici siyasət yetərincə ağıllıdır. O biri yandan da Ukraynaya açıq şəkildə yardım göstərilir”.

Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, indiki şəraitdə Azərbaycanın daha cəsarətli aydın mövqe nümayiş etdirməsini arzulayır. Onun sözlərinə görə, hazırda postsovet məkanında bütün müstəqil dövlətlərin taleyi həll olunur. “Anlamaq lazımdır ki, Ukrayna məğlub olarsa, təcavüzkar Rusiya bu ölkədə öz məqsədlərinə yetərsə, gec-tez digər müstəqil dövlətlərə, o cümlədən Azərbaycana da növbə çatacaq. Məhz buna görə istərdim ki, Azərbaycan daha cəsarətli mövqe nümayiş etdirsin”, – təhlilçi vurğulayıb.

R.Mirqədirova görə, hazırkı şərait 1991-ci ilin avqustunu – Sovet İttifaqında dövlət çevrilişi olan dövrü xatırladır: “İndi bir çox postsovet ölkələri Ukraynaya təcavüzlə bağlı aydın mövqe nümayiş etdirməkdən yayınırlar, imtina edirlər, yaxud gözləmə mövqeyi tuturlar. Bu, kifayət qədər ciddi problemə çevrilib. Məlumdur ki, bu kontekstdə Gürcüstan Ukrayna arasında müəyyən bir gərginlik də yaranıb səfir Kiyevə çağırılıb. Eyni zamanda, Gürcüstan Moldova sanksiyalara qoşulmaqdan imtina ediblər. Amma Rusiyaya qarşı elə sanksiyalar qoyulub ki, bu dövlətlər istəməsələr belə ona qoşulmağa məcbur olacaqlar. O cümlədən, bank-maliyyə sistemində Rusiya ilə hərbi əməkdaşlıq sahəsində Azərbaycan üçün də çətin olacaq. Xatırladım ki, dünən ABŞ sanksiyaların növbəti paketini açıqlayıb. Bu məhdudiyyətlər Rusiya ilə hərbi əməkdaşlığı yüksək texnologiyaları əhatə edir”

Azərbaycanın Avropa Şurasında BMT Baş Assambleyasında Rusiya ilə bağlı səsvermədə iştirak etməməsinə gəincə,  Rauf Mirqədirov xatırladır ki, Bakı ATƏT Nazirlər Şurasının iclasında da eyni mövqeni tutub: “Azərbaycan nümayəndələrinin çıxışında bir neçə məsələ qeyd olunub. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələnin tez bir zamanda siyasi dialoq yolu ilə həll olunması. Bütün çıxışlarda “təcavüz” sözündən deyil, “böhran” ifadəsindən istifadə edilir. Ümumiyyətlə, çıxışlarda Rusiyanın adı çəkilmir”. 

Siyasi təhlilçi xatırladır ki, bunlarla yanaşı, Azərbaycan Ukraynaya humanitar yardım göndərir, ölkənin mühüm təsisatlarının yanacaqla təminatına dəstək göstərir. “Azərbaycan cəmiyyəti isə bu məsələ ilə bağlı kifayət qədər aydın mövqe tutur”,-o qeyd edir. 

“Səsvermədə iştirak etməmək hansı anlama gəlir” sualına gəlincə, R. Mirqədirov vurğulayır ki, bu, Azərbaycanın qətnamədə göstərilən hansısa məsələ ilə razı olmadığını göstərir: “Amma gələcəkdə bu addımı istənilən şəkildə əsaslandıra bilərlər. Məsələn, qeyd edə bilər ki, BMT-dən Rusiyaya qarşı daha ciddi bir sənəd gözləyirdi s. Belə bir addımı atmaq Azərbaycana gələcəkdə manevr imkanları yaradır. Hazırda regionda olduqca mürəkkəb vəziyyət yaranıb, ona görə də nəinki Azərbaycan, postsovet zonasında heç bir ölkə özünü zərbə altında qoymaq istəmir”.

Turqut  


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button