En son xeberler

Gürcüstan da Aİ-yə üzvlük üçün müraciət edəcək

Gürcüstan rəsmi müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı, amma dünyada dəyişən vəziyyətdən dolayı partiya bu işi sürətləndirməyə qərar verib

Gürcüstan martın 3-də Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edəcək. Daha öncə Ukrayna Rusiyanın təcavüzü fonunda birliyə üzvlük tələblərini gücləndirib.
Hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze martın 2-də mətbuat konfransında “Aİ üzvlüyü üçün dərhal müraciət etmək”lə bağlı qərarını açıqlayıb.

Gürcüstan rəsmi müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı, amma dünyada dəyişən vəziyyətdən dolayı partiya bu işi sürətləndirməyə qərar verib.
Martın 2-də Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Prezidenti Şarl Mişel ilə telefon söhbətində müharibəni diplomatik səyləri müzakirə etdiyini deyib. Zelenskinin sözlərinə görə, Kiyev “Ukraynanın Aİ-yə üzvlüyü barədə müsbət siqnallar gözləyir”.
Siyasi iradə
Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba deyib ki, Ukrayna üzvlük prosedurlarını sürətlə yekunlaşdırmağa çalışır, amma hər şey Aİ-nin siyasi iradəsindən asılıdır.
“Aİ siyasi iradəsi olanda fundamental qərar vermək bacarığını göstərib. İndi bizim üzvlüklə bağlı belə bir qərar vermək zamanıdır”, – Kuleba söyləyib.
Üzvlük prosesi adətən illər çəkir, iqtisadi sabitlik, korrupsiyanın səviyyəsi, insan haqlarına hörmət kimi faktorlar nəzərə alınır. Yeni üzvlərin qəbulu üçün blokun 27 üzvünün birliyi lazımdır.
Həm Gürcüstan, həm də Ukrayna Aİ ilə “iqtisadi inteqrasiya siyasi yaxınlaşma” azad ticarətlə bağlı assosiasiya razılaşmaları imzalayıblar. Bu isə yekunda üzvlük deməkdir.
Bu iki keçmiş sovet respublikasının Qərblə əlaqələri sıxlaşdırması Rusiyanı qəzəbləndirib. 2008-ci ildə Rusiya Gürcüstanın bir hissəsini işğal edib.
Avropanın güclü təhlükəsiz ölkəsi olmaq
Kobaxidze Aİ-ni Gürcüstanın müraciətinə təcili baxmağa çağırıb. Onun sözlərinə görə, Gürcüstanın məqsədi Avropanın güclü təhlükəsiz ölkəsi olmaqdır, hər bir addım, o cümlədən Aİ üzvlüyünə müraciət qərarı da buna xidmət edir.

Partiya sədri son illər Gürcüstanın Aİ-yə inteqyasiya yolunda bir sıra uğurlar əldə etdiyini deyib, Aİ ilə Assosiasiya Razılaşmasını, azad ticarət sazişini misal gətirib.
O, ölkəsinin Aİ standartlarına yaxınlaşmaqdan ötrü bir çox islahatlar həyata keçirdiyini vurğulayıb.
“Bu işin məntiqi davamı olaraq bu gün üzvlük müraciətini edərək namizəd statusu almağa qərar verdik”, – Kobaxidze jurnalistlərə deyib.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan iki gün öncə isə Ukraynanın şərqindəki separatçı qurumları başlayıb. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button