En son xeberler

Elmar Hüseynovun qətli Azərbaycanda ifadə azadlığının məhvinin başlanğıcı oldu

Bakı/02.03.22 Reportyorların Azadlıq Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini jurnalist Elmar Hüseynovun qətlinin üstünü açmağa, 17 il əvvəl – 2005-ci il martın 2-də törədilmiş sarsıdıcı cinayətin sifarişçilərini icraçılarını cəzalandırmağa çağırır.

RATİ hesab edir ki, hazırkı hakimiyyətin əsas tənqidçilərindən biri, evinin astanasında güllələnən məşhur “Monitor” nəşrinin baş redaktoru Azərbaycanın müstəqil jurnalistikasının ən mühüm qurbanına çevrilib.

RATİ hesab edir ki, son 17 ildə bu qətli araşdıran Azərbaycanın istintaq orqanlarının hərəkətləri hərəkətsizliyi onu göstərir ki, Azərbaycan hakimiyyəti yerli beynəlxalq ictimaiyyətdən həqiqəti gizlətməyə çalışır bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsində maraqlı deyil.

RATİ hesab edir ki, Elmar Hüseynovun qətlinin 2005-ci ilin martından bəri cəzasız qalması bir sıra digər faciəli qətllərə jurnalistlərin zorakı ölümlərinə səbəb olub.

Belə ki, 2005-ci ilin iyununda polislər tərəfindən döyülən jurnalist Alim Kazımlı xəstəxanada dünyasını dəyişib.

2009-cu ilin avqustunda jurnalist Novruzəli Məmmədov bilərəkdən tibbi yardım göstərilmədiyi səbəbindən həbsxanada dünyasını dəyişib.

2011-ci ilin noyabrında jurnalist Rafiq Tağı bıçaqlanaraq öldürülüb.

2015-ci ilin avqustunda jurnalist Rasim Əliyev təşkil olunmuş hücumun qurbanı olub.

Zorakılığın son qurbanı 2022-ci il fevralın 22-də faktiki olaraq öz mənzilində edam edilən jurnalist LGBT fəalı Əvəz Şıxməmmədov (Əvəz Hafizli təxəllüsü ilə tanınır) olub.

RATİ Azərbaycan hakimiyyətinə xatırladır ki, jurnalistlərə qarşı yuxarıda qeyd olunan jurnalistlərin faciəli ölümü ilə nəticələnən cinayətlərin demək olar hamısı ya ümumiyyətlə araşdırılmayıb, ya da qəsdən səmərəsiz şəkildə araşdırılıb.

Bunun bariz nümunəsi Elmar Hüseynovun qətlinin araşdırılmasıdır, onun qətlini hakimiyyət jurnalisti öldürmək üçün Tbilisidən Bakıya gələn tanınmış muzdlu qatillər Tahir Xubanov Teymuraz Əliyevin adına yazır.

Maraqlıdır ki, Azərbaycan hakimiyyəti bu şəxslərin Gürcüstandan ekstradisiyasını belə tələb etmir onları İnterpol vasitəsilə beynəlxalq axtarışa vermir.

Bu çox ağır cinayət üzrə zaman məhdudiyyətinin olmadığını nəzərə alan RATİ Azərbaycan hakimiyyətinə, o cümlədən ABŞ, Türkiyə (FTB Türkiyə Milli Kəşfiyyatı bu cinayətin təhqiqatına cəlb olunub) Gürcüstanın hüquq-mühafizə orqanlarını bu işin təhqiqatını bərpa etməyə günahkarların məsuliyyətə cəlb edilməsinə kömək etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini söz azadlığının inkişafı üçün lazım olan təhlükəsiz mühiti təmin etməyə, o cümlədən həbs edilmiş bütün jurnalistləri həbsxanalardan azad etməyə, söz ifadə azadlığı sahəsində milli qanunvericiliyi Avropa İnsan Hüquqları Konvensiyasına Azərbaycanın son 20 ildə üzv olduğu Avropa Şurasının standartlarına uyğunlaşdırılmağa çağırır.-0-

 

 

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button