En son xeberler

Danışıqların üçüncü raundu da olacaq…Makrondan mühüm bəyanat

Ukrayna prezidenti administrasiyası başçısının köməkçisi Mixail Podolyak deyib ki, bu danışıqlarda Ukrayna tərəfi istədiyi nəticəni əldə etməyib
Belarusun Brest vilayətində Rusiya Ukrayna nümayəndələri arasında danışıqların ikinci dövrəsi başa çatıb.
Xəbər verilir ki, tərəflər “ən yaxın müddətdə” dinc sakinlərin evakuasiyası üçün humanitar dəhlizlərin təşkili barədə razılığa gəliblər.
Bu məlumatı Ukrayna prezidenti administrasiyası başçısının köməkçisi Mixail Podolyak verib.
O bunu da vurğulayıb ki, bu danışıqlarda Ukrayna tərəfi istədiyi nəticəni əldə etməyib.
Tərərəflər habelə danışıqların üçüncü raundu barədə razılığa gəliblər.
Beloveja meşəliyi ərazisində keçirilən bu danışıqlardan əvvəl Kiyev bildirirdi ki, onun üçün prioritet atəşin dərhal dayandırılması, sülh humanitar dəhlizlərin açılmasıdır.
Dinc əhalinin təxliyəsinin zərurəti barədə bu yaxınlarda Rusiya prezidentinin köməkçisi, danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski də bildirmişdi.
Lakin belə görünür ki, hazırkı mərhələdə atəşi dayandırmaq Rusiyanın prioriteti deyil.
Makron düşünür ki, Putin Ukraynanın hamısını istəyir
Martın 3-də Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində deyib ki, Moskva Beloveja meşəsində keçirilən danışıqların nəticəsindən asılı olmayaraq, bütün hallarda “xüsusi əməliyyatı” davam etdirəcək.
Putin Makrona demişdi:
“Danışıqları uzatmaq yolu ilə vaxt qazanmaq cəhdləri ona gətirib çıxaracaq ki, bizim Kiyevdən əlavə tələblərimiz yaranacaq”.
Makron bu söhbətdən sonra düşündüyünü bildirib ki, “Putin bütün Ukraynanı qəsb etmək fikrindədir dünyanın onun şərtlərini yerinə yetirməsini gözləyir”.
Makronun ofisindən verilən məlumatda deyilir:
“Respublika prezidentinin ehtimalı budur ki, ən pisi hələ irəlidədir. Putinin sözləri ona heç bir ümid verməyib”.

Putin öhdəlik götürmür
Fransa lideri Putini mülki əhali arasında qırğına yol verilməməsinə humanitar yardımlara giriş verilməsinə çağırıb.
Makronun müşaviri bildirib ki, Putin buna müsbət cavab versə də, üzərinə heç bir öhdəlik götürməyib.
Lakin eyni zamanda Rusiya başçısının mətbuat xidməti bildirib ki, Putin Makronu xaricilərin Ukraynadan evakuasiyasının təhlükəsizliyinin təminatında iştiraka çağırıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button