En son xeberler

Ankara dronların Ukraynaya pula satıldığını və yardım olmadığını deyir

Türkiyə xarici işlər nazirinin müavini martın 3-də deyib ki, Ankaranın Ukraynaya dron verməsi dəstək yox, adicə özəl satış əməliyyatıdır
Türkiyə xarici işlər nazirinin müavini martın 3-də deyib ki, Ankaranın Ukraynaya dron verməsi dəstək yox, adicə özəl satış əməliyyatıdır.
Reuters yazır ki, Türkiyə həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlərini qoruyub saxlamağa can atır.
Rusiya Ukrayna ilə dəniz sərhədi olan NATO üzvü Türkiyə Rusiyanın Ukraynaya müdaxiləsini “qeyri-məqbul” adlandırıb, lakin alyans üzrə müttəfiqlərinin kəskin ritorikasını bölüşməyib Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi əleyhinə çıxıb.
Türkiyə Rusiya ilə enerji sahəsində sıx əməkdaşlıq edir, amma eyni zamanda Kiyevə Bayraktar TB2 dronları satıb.
Ankara habelə Kiyevlə birlikdə bu dronların Ukrayna ərazisində müştərək istehsalına dair müqavilə imzalayıb.
Ukrayana dronların yeni partiyası gətirilib
Ukraynanın müdafiə naziri martın 2-də bildirib ki, Ukraynaya Türkiyədən döyüş dronlarının yeni partiyası gətirilib.
Reuters xatırladır ki, Türkiyə Suriya Liviya kimi yerlərdə dronlardan Rusiya qüvvələri onun müttəfiqlərinə zərbə endirilməsi üçün istifadə edib.
Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran hökumətyönlü Sabah qəzetinə müsahibəsində deyib ki, Kiyev dronları Türkiyənin özəl Baykar şirkətindən alıb bu, iki ölkə arasında hər hansı razılaşmanı əks etdirmir:
Ukrayna bu məhsulu bizim şirkətimizdən almaq istəyib onlar öz aralarında çox sərfəli bir sövdələşmə razılığına gəliblər. Bu, Türkiyədən kömək deyil. Bu dronlar Ukraynanın Türkiyə şirkətindən satın aldığı bir məhsulduir. Biz əlbəttə, öz məhsullarımızla fəxr edirik”.

Çətin balans
Bu bəyanat Qərb ölkələrinin Rusiya üzərinə sanksiyaları daha da sərtləşdirdiyi Ukraynaya hərbi dəstəyi gücləndirdiyi bir vaxta təsadüf edir.
Lakin Reuters bildirir ki, Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri Ukraynanın Ankaradakı səfirliyi Türkiyə istehsalı dronların Rusiya hədəflərini vurduğunu görüntüləyən videolar paylaşıb.
Rusiya Türkiyədən Ukraynaya dron satılmasına bundan əvvəl də etirazını bildirib, amma Ankara israr edir ki, o dron alıcısının sonrakı hərəkətləri üçün məsuliyyət daşımır.
ABŞ Çin dronlarından ucuz olan Türkiyə pilotsuz təyyarələri Avropada, Afrika Asiyada çox populyardır.
Türkiyə habelə turizm sahəsində Rusiyadan çox aslılıdır. Ankara buna baxmayaraq bu həftə Qara dəniz boğazlarını Rusiya hərbi gəmiləri üçün bağlayıb.
Rusiya Ukrayna arasında balans saxlamağa çalışan Türkiyə martın 2-də BMT Baş Assambleyasında Rusiyaya qarşı qətnamənin səsverməsində bitərəf qalıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button