En son xeberler

RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

RT digər dövlətdən maliyyələşən media orqanları “Google News” daxil xəbər xidmətlərindən yığışdırılıb

Google Europe Kremlə yaxın RT Sputnik media orqanlarının YouTube kanallarını blokladığını bəyan edib.
YouTube-un sahibi Google martın 1-də tvitində yazıb ki, bu addım dərhal qüvvəyə minir, ancaq “sistemlərimizin buna tam uyğunlaşması vaxt alacaq”.
Google-un ana şirkəti Alphabet-dən “Reuters”-ə bildirilib ki, RT digər dövlətdən maliyyələşən media orqanları “Google News” daxil xəbər xidmətlərindən yığışdırılıb.

Dezinformasiyanın yayılmasını önləmək…
Google şirkətinin qlobal məsələlər üzrə prezidenti Kent Uolker bloq postunda qeyd edir ki, “bu fövqəladə böhranda dezinformasiyanın yayılmasını önləmək internetdə dezinformasiya kampaniyalarını pozmaq üçün təcili addımlar atırıq”.

Bundan bir neçə saat öncə Avropa İttifaqının üzvləri Avropa Komissiyasının təklif etdiyi sanksiyaları təsdiqləyiblər. Sputnik RT-nin Britaniya, Almaniya Fransanı əhatələyən, həmçinin ingilis ispanca kanalları məhdudlaşdırılıb.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen fevralın 27-də deyirdi ki, RT Sputnik “Kremlin media maşını”nın tərkib hissəsidir, Aİ “onların Avropada toksik ziyanlı dezinformasiyasını qadağan etməlidir”.
Kontentin istənilən formada yayılması…
Aİ-nin martın 2-də yayacağı qaydanı AzadAvropa/AzadlıqRadiosu əldə edib. Sənəddə deyilir ki, Rusiya “Aİ qonşularında vətəndaş cəmiyyəti üzvlərini hədəfləyən davamlı təşkil olunmuş propaqanda aparır, faktları dərindən dəyişdirərək onlarla manipulyasiya edir”.
Rusiyanın propaqandanı media orqanları vasitəsilə gerçəkləşdirdiyi, “Rusiya Federasiyası rəhbərliyinin daimi, yaxud dolayısı nəzarəti altında” olduğu, bu hərəkətlərin “Aİ-də ictimai düzənə təhlükəsizliyə ciddi birbaşa təhdid yaratdığı” vurğulanır.
Sanksiyalar çərçivəsində bu iki media orqanının kontentinin Aİ-də istənilən formada yayılmasının, yayımın istənilən formasının qadağan ediləcəyi gözlənir.
RT-nin əsas YouTube kanalının 4.5 milyon abunəçisi var.

Apple şirkəti isə Rusiyada bütün məhsullarının satışını dayandırıb. Apple Rusiyada Apple Pay mobil ödənişlər xidmətini məhdudlaşdırıb, App Store Rusiyadan kənarda Sputnik RT tətbiqlərini bloklayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button