
ABŞ Prezidenti Joe Biden xalqa müraciətində Rusiyanı növbəti iqtisadi sanksiyaların gözlədiyini açıqlayıb. Biden Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya təcavüzünə Qərbin mümkün reaksiyasını kobud şəkildə hesaba almadığını deyib. “Putinin müharibəsi düşünülmüş və səbəbsiz idi. O, təkrarlanan diplomatik səyləri rədd etdi. O, Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü. Və o, bizi parçalaya biləcəyini düşünürdü. Putin yanıldı. …