En son xeberler

ABŞ Rusiya üçün hava məkanını bağlayır

Hər iki partiyadan senator konqresmenlərin bir çoxu Baydenin çıxışını Ukrayna bayraqları, sarı-mavi aksesuarlarla dinləyiblər

Martın 1-də ABŞ Prezidenti Co Bayden bu postda ilk dəfə olaraq Konqresdə illik “Ölkənin vəziyyəti” (State of the Union) haqda çıxış edib. Onun çıxışının əhəmiyyətli hissəsi Rusiyanın Ukraynaya qarşı təcavüzünə həsr olunub.
Hər iki partiyadan senator konqresmenlərin bir çoxu Baydenin çıxışını Ukrayna bayraqları, sarı-mavi aksesuarlarla dinləyiblər. Ukraynanın ABŞ-dakı səfiri Oksana Makarova birinci ledi Cil Baydenin yanında əyləşib. Konqres üzvləri onu alqışlarla qarsalayıblar.
Putin yanıldı. O, Ukrayna xalqının müqaviməti ilə üzləşdi. Ukraynalıların mərdliyi, prezident Zelenskinin qətiyyəti dünyanı valeh edir”, – ABŞ prezidenti deyib.
Bayden ABŞ müttəfiqlərinin Rusiyaya sanksiyalarını sadalayıb, yüksək texnologiyalar çıxışın bağlanmasının Rusiya ordusunu zəiflədəcəyini deyib. ABŞ prezidenti Avropadan müttəfiqlərlə rusiyalı oliqarxların cinayətlərini, onların sərvətinin mənşəyini araşdırmaq üçün xüsusi qrup yaradıldığını elan edib.
“Bu gecə elan edirəm ki, biz müttəfiqlərimizə qoşularaq Amerikanın hava məkanını Rusiyadan bütün uçuşlar üçün qapadırıq, Rusiyanı daha da təcrid edərək iqtisadiyyatını bir az da sıxırıq. Rubl dəyərinin 30 faizini itirib”, – Bayden deyib.
İndiyədək Böyük Britaniya, Avropa İttifaqı Avropanın bir neçə ölkəsi, eləcə də Kanada Rusiya üçün hava məkanını bağlayıb.
Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan öldürülüb.
Fevralın 22-də Ukraynanın şərqindəki separatçı Donetsk Luqansk qurumlarını tanıyan Putin iki gün sonra bu ölkəyə hücuma başlayıb.
Qərb Moskvaya sanksiyalar tətbiq edir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button