En son xeberler

Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub

Bakı/28.02.22 Ukrayna Rusiya arasında danışıqların birinci raundu başa çatıb – tərəflər paytaxtlarına qayıdırlar, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak belə deyib

“Bu gün Ukrayna Rusiya nümayəndə heyətləri danışıqların birinci raundunu keçirib.

Onların məqsədi Ukrayna ərazisində atəşkəs hərbi əməliyyatların dayandırılması olub.

Tərəflər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər ki, onlar üzrə müəyyən həll yolları mümkün görünüb”, – Podolyak bildirib

O əlavə edib ki, indi tərəflər məsləhətləşmələr üçün paytaxtlarına qayıdırlar.

Podolyaka həmçinin əlavə edib ki, tərəflər yaxın vaxtlarda danışıqların ikinci raundunun keçirilməsi imkanlarını müzakirə ediblər.

 

Eyni məlumatı Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski də səsləndirib.

“Təxminən 5 saat davam edən danışıqlar başa çatdı. Bu müddət ərzində biz gündəlikdəki bütün bəndləri ətraflı nəzərdən keçirdik, ümumi mövqeləri proqnozlaşdıra biləcəyimiz bəzi məqamlar tapdıq. Ən əsası, danışıqlar prosesini davam etdirməyə razılaşdıq»,  – Medinski deyib.

 Onun sözlərinə görə, növbəti görüş yaxın günlərdə Polşa-Belarus sərhədində baş tutacaq.

Həmin vaxta qədər nümayəndə heyətləri ölkə rəhbərliyi ilə bütün danışıqlar mövqeləri üzrə məsləhətləşməlidir. -06B-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button