En son xeberler

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından SON DƏQİQƏ məlumatı

24 saatUkrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı SON DƏQİQƏ məlumatını təqdim edir:

  • Gün ərzində təcavüzkarın qoşunları ilk növbədə Kiyevi Ukraynanın böyük şəhərlərini, o cümlədən Xarkov, Çerniqov, Odessa, Xerson Mariupolu mühasirəyə almaq ələ keçirmək üçün müəyyən ərazilərdə zirehli texnika raket-artilleriya silahlarını yenidən qruplaşdıraraq toplayıblar. Hərbi texnikanın əhəmiyyətli hissəsi Ukraynaya Belarus ərazisindən işğal olunmuş Krım Muxtar Respublikasının ərazisindən keçib.
  • Belarus Silahlı Qüvvələrinin yüksək qabiliyyətə malik döyüş bölmələrinin ayrı-ayrı hissələri Volın istiqamətində Ukraynanın Dövlət Sərhədinə doğru hərəkətə başlayıb. Bundan əlavə, Belarus ərazisi Ukraynanən ərazisində tapşırıqları yerinə yetirmək üçün RF Silahlı Qüvvələrinin əməliyyat, taktiki xüsusi təyinatlı təyyarələrinin döyüş növləri üçün istifadə olunmaqda davam edir.
  • Rusiya Federasiyası Silahlı Qüvvələrinin təyyarələri Belarus Respublikasının hava məkanından Ukrayna ərazisindəki obyektlərin hava kəşfiyyatını bərpa edib.
  • Hücum potensialını itirən düşmən texnika ilə bərabər canlı qüvvəsini də itirir. Bütün hücum xətti boyunca rus təcavüzkarı tərəfindən müharibə qanunlarının beynəlxalq humanitar hüququn çoxsaylı pozulması halları qeydə alınıb.
  • Rusiya işğalçılarının ən çox yayılmış hərbi cinayətləri: mülki əhaliyə qarşı silahdan istifadə, mülki infrastrukturun məhvinə səbəb olan yaşayış məntəqələrinin bombalanması onların raket artilleriyadan atəşə tutulması. Düşmən bunu ört-basdır etmək üçün dövlət rəmzlərindən Silahlı Qüvvələrin, Milli Qvardiyanın Ukrayna Milli Polisinin geyim formalarından istifadə edir.
  • Rusiya hərbi texnikasının üzərində Ukrayna bayraqları asılıb. Belə hallar Kiyev vilayətinin Peremoha, Nova Basan qəsəbələrində Çerniqov vilayətinin Krasnostav-Nijın şossesində müşahidə olunub.
  • Tanklar zirehli transportyorlardan ibarət kolonnanın yerləşdirilməsi zamanı təcavüzkar Çerniqov vilayətində Talalaivkadan Nijına qədər yerli sakinlərin evlərini atəşə tutub.
  • Rus işğalçı qüvvələrinin tankları Borodyanka kəndi ərazisindən keçərkən komandirlərinin göstərişi ilə infrastrukturu yaşayış məntəqələrini qəsdən dağıtmağa başlayıblar. Xüsusi tank qrupları hündürmərtəbəli binaları xaotik atəşə tutub.
  • Bundan başqa, düşmənin guya təslim olmaq üçün maşınına ağ bayraq asması halları da olub. Lakin Ukrayna mövqelərinə yaxınlaşdıqdan sonra işğalçılar qəfildən atəş açmağa başlayıblar.
  • Mövcud məlumata görə, Rusiya taktiki qruplarının komandirləri Ukrayna ərazisinin içinə doğru irəliləyərkən mobil rabitə qüllələrinin məhv edilməsi əmri alıblar.
  • Bütün bunlar onu göstərir ki, rus işğalçıları dəhşətə gəlir, çünki onlara təbliğatçıların vəd etdiyi duz-çörək verilməyib. Onlar yalnız dinc əhalinin qəzəb-nifrətini qazanıblar Ukrayna ordusunun layiqli cavablarını alıblar.

“24 saat”


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button