En son xeberler

Sanksiyalardan bizə nə çatacaq?

ABŞ, Böyük Britaniya Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tətbiq edilən ağır iqtisadi sanksiyalar ilk gündən təsirini göstərir. Rubl kəskin dəyər itirməkdə davam edir, iş adamlarının, şirkətlərin Qərb ölkələri ilə bütün əlaqələri, demək olar, bloklanır. Qarşıda daha ağır, sarsıdıcı proseslər gözlənilir. 

Baş verənlər Rusiyanın qonşusu, geniş iqtisadi əlaqələri olan Azərbaycanda da həssaslıqla izlənir. Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib ki, 2021-ci ilin yekunlarına görə, iki ölkənin qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb. Bu rəqəm təqribən 3.4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir. Rəqəmlərdən göründüyü kimi, kifayət qədər şaxələnmiş, dərin iqtisadi münasibətlər mövcuddur. 

Sanksiyaların ilk təsirləri isə rublun ucuzlaşması, pul köçürmələrində yaranan əngəllərdə hiss olunur. Məsələn, Elnur Piriyev adlı “Facebook” istifadəçisi yazır ki, Rusiyadan “Azer-Türk Bank” kartına 40 min rubl köçürülüb, manat ifadəsi ilə 776 manat karta oturub. Vəsaitin 400 manatını çıxarsalar da qalan 376 manatını ala bilməyiblər. E.Piriyev yazır ki, kart bloklanıb, bank operatorları bunun səbəbini Rusiyada baş verən problemlərlə izah ediblər. 

Hadisələrin budan sonrakı inkişafı necə olacaq? Bu barədə iqtisadçı ekspertlərdən soruşmuşuq. 

İqtisadçı, iş adamı Nazim Bəydəmirli Pressklub.az-a şərhində deyib ki, Rusiya rublunun dəyərdən düşməsi ölkənin iqtisadi tərəfdaşlarına bir növ avantaj qazandırdı: “Çünki dollar ekvivalentində daha çox mal alırlar”. Onun sözlərinə görə, bu, uzun müddət davam edə bilməz: “İstənilən müharibə uzunmüddətli olsa, müharibədə iştirak edən ölkədə qıtlıq yaradır. Belə olan halda, ölkə müəyyən tədbirlər görür. Ötən il Rusiya hökuməti qıtlıqla əlaqədar taxılın ixracına aksiz vergisi tətbiq etdi bu, Azərbaycanda çörəyin qiymətini bahalaşdırdı. Müharibə uzun müddət davam etsə, Rusiya hökuməti ixracın qarşısını alsa, bu, onun ticarət tərəfdaşları üçün problem yarada bilər”.

N.Bəydəmirli hesab edir ki, bu mənada, Azərbaycan hökuməti zamanında çox ciddi səhvə yol verib: Avropa Birliyi ölkələri ilə azad ticarət, tərəfdaşlıq haqqında təklif olunan müqaviləni imzalamayıb. Bizim ixrac etdiyimiz mallar, əsasən, Rusiyaya gedir Rusiyada dollar bahalaşdığına görə ixrac cəlbedici olmayacaq. İstənilən ölkə qapandıqca öz daxili resurslarını inkişaf etdirməyə çalışır idxala meylli olmur. Belə olan halda, Azərbaycanın alternativ bazarı olmayacaq”.

İqtisadçı Rövşən Ağayev isə Pressklub.az-a deyib ki, Rusiya iqtisadiyyatında Azərbaycanın özəl sektoruna dövlətə məxsus nə qədər  yatırımın olması barədə məlumatlara malik deyil. “Bildiyimiz odur ki, Bank VTB-də 500 milyon dollar dəyərində səhmlərimiz var. Əlbəttə, nə qədər ki, Rusiyada ciddi problemlər var, biz o səhmlərə, o vəsaitə batmış sərmayə kimi baxmalıyıq. Proses uzun çəkərsə, biz o vəsaitimizi yaddan çıxarmalıyıq, çünki oradan divident gəlməyəcək”,- ekspert əlavə edib. 

İqtisadi əlaqələrə gəlincə, R.Ağayev Azərbaycanın Rusiya ilə önəmli ticarət tərəfdaşları olduğunu xatırladır: “Təsəvvür edin, idxalımızın 20 faizi Rusiyadan gəlir, bu, çox böyük rəqəmdir. Düşünürəm ki, rublun kəskin ucuzlaşması fonunda əsas problem qeyri-neft ixracatımızla bağlı ola bilər. Rublun kəskin ucuzlaşması manatın bahalaşması deməkdir. Mərkəzi Bankın məlumatına görə, müharibədən əvvəlki dövrlə müqayisədə manat rubl qarşısında 30 faiz dəyər qazanıb. Bu o deməkdir ki, manat nə qədər bahalaşsa, deməli, sizin gəlirləriniz də o qədər azalacaq. Əgər fermer müharibədən əvvəl Rusiyaya 1 milyon rubl dəyərində mal göndərirdisə, bu, 22 min manat vəsait demək idi. İndi Rusiyada qiymətlər dəyişməzsə, hazırkı kursla həmin o 1 milyon manat 15, 9 min manata bərabər olur. Beləliklə, ixracatçıların qazandıqları vəsait 30 faiz civarında azalacaq”. 

R.Ağayev vurğulayır ki, problem təkcə qiymətlə bağlı deyil. Onun sözlərinə görə, böhran şəraitində insanların tələbatı azaldıqca idxalın səviyyəsi də azalacaq. “Nəzərə alsaq ki, bizim qeyri-neft ixracımızın üçdə biri bu ölkəyə gedir. Kənd təsərrüfatı sektorunda istehsal olunan qidaların 60 faizi Rusiya bazarında satılır. Burada ciddi itkilərə məruz qala bilərik. Üstəlik, hər il Azərbaycana böyük sayda turist gəlirdi, onların sayının azalması turizm sektoruna ciddi təsir edə bilər”, – iqtisadçı qeyd edib. 

Ekspert daha sonra Rusiyada çalışıb pul qazanan insanların üzləşəcəyi problemlərə diqqət yönəldib. Onun sözlərinə görə, azərbaycanlılar qazandıqları pulu həm ailələrinə göndərirlər, həm də yay aylarında gəlib burada turist kimi xərcləyirdilər. İqtisadçı bu təbəqənin gəlirlərinin risk altında qalacağını qeyd edir: 

“Paralel olaraq, Rusiyada işsizliyin səviyyəsinin yüksəlməsi Azərbaycandan gedən soydaşlarımızın kütləvi şəkildə geri qayıtması ilə nəticələnə bilər. Məlumdur ki, Azərbaycanda işsizlik ciddi problemdir, biz bunu xeyli dərəcə Rusiyanın hesabına həll etmişik. Təsəvvür olunan situasiyada azərbaycanlıların geri dönüşü burada vəziyyəti çətinləşdirə gərginləşdirə bilər”. 

R.Ağayev pul köçürmələri ilə bağlı çətinlikləri xüsusi vurğuladı: “Məlumdur ki, biz bir neçə pul köçürmə mərkəzlərindən istifadə edirik. Onlardan “Vestern Union” regional mərkəz kimi Rusiyadan istifadə edir. Biz bunu dəyişməsək, daxilolmalarda ciddi problemlər ola bilər. Bir çox banklar müxbir hesablar kimi Rusiya banklarından istifadə edir, bu sahədə də problemlər olacaq. Artıq pul köçürmələrində məhdudiyyətlər var, bu da banklararası problemlərə gətirib çıxaracaq”.  

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə bildirir ki, rublun ucuzlaşması Azərbaycandan Rusiyaya kənd təsərrüfat məhsulları satanlar üçün ciddi problemlər yarada bilər. “Çünki buradan göndərilən məhsullardan əldə olunan gəlirlər dollar-manat ekvivalentində azalacaq. Əksinə, Rusiyadan nəsə alırıqsa, onların da qiyməti ucuzlaşa bilər”, – o qeyd edib. 

Böhranın Azərbaycanın maliyyə, bank sisteminə təsirlərinə gəlincə, ekspert bildirib ki,  bizdə heç kim rublda vəsait saxlamır, ona gör də təsir etməyəcək. O, xatırladır ki, manatın kursu neftin qiyməti dolların durumu ilə təmin olur, ona uyğunlaşdırılır: 

“Bank sistemimizdə iki Rusiya bankı var – “Yelo Bank” Bank VTB. VTB sanksiyalar altındadır. Bu bankın müştərilərini ehtiyatlı olmağa səsləyirəm. Məlumdur ki, əmanətçilərin pulları 100 min, fərdi sahibkarların vəsaitləri isə 20 min manatadək sığortalanıb. Bu rəqəmlərdən yuxarı vəsaiti olanlar ehtiyatlı olsunlar, bu bankların başına hər iş gələ bilər, nəticədə onların pulları bata bilər”.

Ə.Həsənov vurğulayır ki, hazırda bir çox ölkələrin Rusiya ilə əlaqələri çətinləşib, bu vəziyyət  Azərbaycan üçün də problemdir: “Orada 2 milyona yaxın azərbaycanlı yaşayır, bir çoxu Rusiya vətəndaşlarıdır. Bildiyim qədər onlar arasında Azərbaycan vətəndaşlığını seçmək istəyənlərin sayı artır. Çünki indi Rusiyanın vətəndaşı olmaq həm mənəvi cəhətdən böyük yükdür, çünki Rusiya işğalçı ölkədir, həm də maliyyə, sanksiya məsələləri problemlər yaradır. Daha xaricə gəlib-getmək asan olmayacaq. Rusiya vətəndaşı olmaq indi sərfəli deyil”.

Turqut

The post Sanksiyalardan bizə nə çatacaq? appeared first on 24 saat.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button