En son xeberler

Putin ailəsini bunkerdə gizlədib – ŞOK İDDİA

61 yaşlı politoloq Valeri Solovyov Rusiya-Ukrayna müharibəsinin tam ortasında günlərlə danışılacaq bir iddia ilə çıxış edib. Rusiyalı professorun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ailə üzvlərini Sibirdəki “yeraltı şəhər”də gizlədir.

Solovyov bildirib ki, yüksək texnologiyalı bunker Altay dağlarında yerləşir nüvə müharibəsi zamanı qorunmaq üçün nəzərdə tutulub.

7 SAAT DİNDİRİLDİ

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Solovyov daha əvvəl Putinin Rusiya ictimaiyyətindən gizlədilən tibbi problemləri olduğunu qəribə şaman ayinlərində iştirak etdiyini iddia etmişdi.

Moskvada bəzi insanlar Solovyovu komplo nəzəriyyəçisi ya fırıldaqçı kimi görürlər. Əslində, Solovyov ötən həftə Putinin tibbi psixi vəziyyəti ilə bağlı iddialara görə Rusiya səlahiyyətliləri tərəfindən 7 saat dindirilib. Evində axtarış aparılan professorun bir çox elektron əşyaları müsadirə edilsə də, sonradan sərbəst buraxılıb.

KREMLDƏN MƏNBƏLƏRİ OLDUĞUNU İDDİA EDİR

Kremldəki mənbələri olduğunu iddia edən Solovyov, inanılmaz iddiasından bəhs etdiyi bir videoda aşağıdakı fikirləri səsləndirib;

“Həftə sonu prezident Putinin ailəsi nüvə müharibəsi ehtimalı üçün hazırlanmış xüsusi bunkerə təxliyyə edilib. Bu bunker Altay Respublikasında yerləşir. Bu, əslində bunker deyil, ən son texnoloji avadanlıqlarla təchiz edilmiş yeraltı şəhərdir.”

Solovyov Putinin bunkerə göndərildiyi iddia edilən ailə üzvlərinin kimliyini açıqlamayıb.

PUTİNİN PSİXİ SAĞLAMLIĞI NÜZAKİRƏ EDİLİR

Rus professorun qaldırdığı “Putinin psixi sağlamlığı” ilə bağlı suallar son vaxtlar ABŞ-ın bir nömrəli gündəminə çevrilib. ABŞ kəşfiyyatı son günlər Rusiya prezidenti Vladimir Putinin ruhi vəziyyətinin qiymətləndirməyi prioritet məsələyə çevirib.

“24 saat”


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button