En son xeberler

Lenovo şirkəti Lenovo Legion Y90 adlı yeni gamer smartfonunu təqdim edib

    Lenovo şirkəti MWC 2022 sərgisi zamanı özünün Legion brendi çərçivəsndə yeni flaqman smartfonunu təqdim edib. Təqdim edilmiş Lenovo Legion Y90 smartfonu ilk növbədə gamerlər üçün nəzərdə tutulub. Yeni texniki özəlliklər ilə yanaşı Legion Y90 modeli daha öncəki Legion 2 Pro-nun bir sıra üstün cəhətlərini özündə qoruyub saxlayıb. Bundan əlavə olaraq Legion Y90 daha təkmilləşdirilmiş soyutma sisteminə sahibdir həmin sistem uzunmüddətli yüklənmələr zamanı smartfonun stabil çalışmasını təmin edir. Yeni smatfonu Lenovo Legion 2 Pro-dan fərqləndirən digər bir əsas özəllik də ondan ibarətdir ki, Legion Y90-da kənar hissədən gövdənin daxilinə inteqrasiya edilmiş ön kameradan imtina edilib.

    Beləliklə Legion Y90 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib 2460×1080 piksel keyfiyyətli 6.92 düym AMOLED E4 ekran ilə təchiz olunub. Ekran Dolby Vision-u HDR10+ texnologiyasını dəstəkləyir. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Bundan əlavə olaraq mobil oyunlarda rahat idarəetməni reallaşdırmaq üçün smartfonun kənar hissəsinə 4 ədəd sensorlu düymə yerləşdirilib. Əsas texniki göstəricilər baxımından Legion Y90 smartfonu Snapdragon 8 Gen 1 prosessoru, 12/16/18 GB RAM, 256/ 512 GB GB daxili yaddaş həcmi, 64 MP + 13 MP (120 dərəcə tutma bucağı) ikili arxa kamera, 16 MP-lik ön kamera 68 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Qeyd etmək lazımdır ki, smartfonun 512 GB daxili yaddaşa sahib olan versiyası həmçinin 128 GB həcmində SSD ilə də təchiz olunur. Beləliklə həmin versiyanın ümumi daxili yaddaş həcmi 640 GB təşkil edir. Smartfonun arxa kameraları saniyədə 24 kadr sürətlə 8K keyfiyyətli, 30-60 kadr sürətlə 4K keyfiyyətli, 30-60 kadr sürətlə 1080p keyfiyyətli, 30 kadr sürətlə 720p keyfiyyətli videolar çəkə bilir. Bundan əlavə olaraq həmin kameralar 120-240 kadr sürətlə 1080p keyfiyyətli 120-240 kadr sürətlə 720p keyfiyyətli slow-mo videolar çəkə bilirlər. Smartfonun arxa panelinin mərkəzində xüsusi sahə mövcuddur arxa kameralar həmin sahə ətrafında yerləşirlər. Xüsusi sahənin ortasında isə Legion brendinin RGB işıqlandırmaya sahib loqosu əks olunur. Lenovo Legion Y90 smarfonu 10 mart tarixində Çində satışa çıxacaq. Onun Çindəki satış qiymətləri isə aşağıdakı kimi olcaq:

– 12 GB RAM + 256 GB yaddaş – 681$

– 16 GB RAM + 256 GB yaddaş – 728$

– 18 GB RAM + 512 GB yaddaş – 839$.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button