En son xeberler

“Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

Ukrayna Hərbi Hava Qüvvələrinin kimliyi açıqlanmayan, amma “Kiyev kabusu” ləqəbi alan qəhrəman pilotu artıq 16 Rusiya təyyarəsini vurub. Bu barədə Ukrayna mənbələrində bildirilir. Həmin pilotun vurduğu təyyarələrin sayı fevralın 26-da artıq 5-ə çatmışdı prezident Volodimir Zelenski ona ölkənin Milli Qəhrəmanı adını vermişdi. Lakin pilot bu rekordla kifayətlənmir hər gün Rusiya təyyarələrini vurmaqda davam edir.

“Sergey Naumovich” adlı istifadəçi yazır ki, o nəhayət həmin pilotun kimliyini dəqiqləşdirə bilib.

 

“Öyrəndim. O heç də Ukrayna ordusunun döyüş ruhunu qaldırmaq üçün düşünülmüş hərbi mif deyil, hansı ki, bunun özü də gərəklidir. O, “Kiyev kabusu” həqiqətən mövcuddur. Familiyasını əlbəttə, məxfi saxlayırlar. Amma artıq hesabında 16 vurulmuş “quş” var. Deyirlər ki, Rusiya pilotları Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələrindən yox, ondan daha çox qorxurlar. Qorxurlar ki, bu oğlan onların quyruğuna keçə qırıcının manipulyatorundakı qırmızı düyməni basa bilər. O haradan peyda olur, çox aşağı hündürlükdən qəfildən düşmənin arxasına necə keçir, bir Allah bilir. Amma mən hesab edirəm ki, bizim “as” ərazinin relyefini, təbii maneələrin lokasiyasını əla bilir. cəmi onlarla metr yüksəklikdə uçur. Üstəlik hərbi istedad”, – həmin istifadəçi yazır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button