En son xeberler

Kiyev ətrafına Rusiya hərbi konvoyunun cəmləndiyi bildirilir

Peyk təsvirləri Ukrayna paytaxtının bir neçə kilometrliyinə 65 kilometrlik zirehli maşın artilleriya karvanının cəmləndiyini göstərir

Rusiyanın Ukraynaya qarşı müharibəsinin altıncı günü paytaxt Kiyev ətrafına nəhəng hərbi karvanın cəmləndiyi xəbərləri gəlir. Martın 1-də Rusiya ordusunun Ukraynanın cənubundakı Xerson şəhəri yaxınlığında nəzarət məntəqələri quraşdırdığı bildirilir.

Peyk təsvirləri Ukrayna paytaxtının bir neçə kilometrliyinə 65 kilometrlik zirehli maşın artilleriya karvanının cəmləndiyini göstərir. Ukrayna silahlı qüvvələri bunu ölkənin ən böyük şəhərini mühasirəyə salaraq nəzarətə götürmək cəhdi kimi görürlər.

Zelenskinin müraciəti

Fevralın 28-də Ukrayna Rusiya rəsmiləri arasında atəşkəs danışıqları nəticəsiz qalıb, tərəflər danışıqları bir neçə günə davam etdirməyə razılaşıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də videomüraciətində Rusiya əsgərlərini əmrləri yerinə yetirməməyə, döyüşü dayandırmağa çağırıb. O, “bir tərəfin digərini raket artilleriyası ilə vurduğu bir vaxtda” Kiyevin güzəştə getməyə hazır olmadığını bildirib.

Zelenski Kiyevin fevralın 28-də üç dəfə raket atəşinə tutulduğunu, yüzlərlə rusiyalı təxribatçının şəhərdə dolaşdığını, paytaxtın Moskva üçün “əsas hədəf” kimi qaldığını vurğulayıb.

“Onlar dövlətimizi parçalamaq istəyirlər, ona görə də paytaxta daimi təhdid var”, – Zelenski deyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button