En son xeberler

Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb

Azərbaycanda fəaliyyət göstərən əksər banklar Rusiyaya məxsus “Contact” “Zolotaya Korona” pulköçürmə sistemləri üzərindən əməliyyatları dayandırıblar. Hazırda banklar rublla nağd nağdsız əməliyyatlar həyata keçirmir. Son nəticədə Rusiyadan Azərbaycana əks istiqamətdə pul köçürmələri digər xarici valyutalarda yerinə yetirilir. Bundan başqa, banklarda rublla olan hesablara mədaxilə rublla olan hesablardan məxaricə də məhdudiyyət tətbiq olunub. Rublda olan bir hesabdan digər hesaba pul köçürmələri üçün isə maksimal hədd tətbiq edilib.

Xatırladaq ki, RusiyaUkrayna müharibəsi ilə əlaqədar bir sıra Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin “ABŞ onlara qoşulan ölkələrin qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb. Fərmana əsasən, bu gündən Rusiya rezidentlərinin xarici banklardakı hesablara pul köçürməsi qadağan olunub.

Bununla belə, “Zolotaya Korona” pul köçürmələri xidmətinin direktoru İvan Sitnov açıqlamasında deyib ki, transferlərdə hər hansı dəyişiklik yoxdur: “Zolotaya Korona” Azərbaycanda həmişəki kimi işləyir, biz oradakı tərəfdaşlarımızla daimi dialoqdayıq. Bütün ödənişlər müntəzəm olaraq istənilən valyuta üzrə həyata keçirilir”. (Report)

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button