En son xeberler

Aİ Ukraynanın üzvlük müraciətinə nə deyir

Aİ rəsmiləri dərhal belə bir addımın bir sıra səbəblərdən mümkün olmadığını dilə gətiriblər. Bir fakt belə bir sürətli prosedurun mövcud olmamasıdır

Qonşusu Rusiyanın irimiqyaslı hücumuna məruz qalmış Ukraynanın Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) xüsusi prosedurla ölkəsini dərhal üzvlüyə qəbul etməyə çağırıb. Blok rəsmiləri isə bu addımı gerçək saymır.

Zelenski fevralın 28-də Aİ-yə “Ukraynanın xüsusi yeni prosedurla dərhal üzvlüyə qəbul etməsi” üçün müraciət edib.

“Buna layiq olduğumuzdan əminəm”

“Məqsədimiz avropalılarla birlikdə olmaqdır, ən vacibi, bərabər olmaqdır. Bunun ədalətli olmasından əminəm. Buna layiq olduğumuzdan əminəm”, – Zelenski sosial mediada yayılmış videoda deyir.

“Avropalılar əsgərlərimizin təkcə ölkəmiz deyil, bütün Avropa, sülh, Avropa İttifaqının üzvlərinin hamısı üçün sülh uğrunda necə vuruşduğuna şahiddirlər”, – Zelenski vurğulayıb.

“Ukraynalılar dünyaya bizim kim olduğumuzu, Rusiya isə nəyə çevrildiyini göstərdi…. İşğalçının hər bir cinayəti, hər gülləsi bizi daha çox birləşdirir”, – Zelenski vurğulayıb.

Reaksiyalar

Aİ rəsmiləri isə dərhal belə bir addımın bir sıra səbəblərdən mümkün olmadığını dilə gətiriblər. Bir fakt belə bir sürətli prosedurun mövcud olmamasıdır.

Almaniyanın Xarici işlər naziri Annalena Baerbok deyib ki, 27 üzvü olan bloka üzv olmaq bir neçə ayın içində mümkün şey deyil, amma Ukrayna “Avropa evi”nin bir hissəsidir, orada həmişə xoş qarşılanır.

Onun sözlərinə görə, Ukraynanın bloka qəbula Aİ-nin onu Rusiyadan ayırmaq istəməsinin əlaməti deyil, ukraynalıların çoxunun bloka üzv olmaq arzusunu yerinə yetirmək olar.

Adətən, potensial üzvlərin Aİ standartlarına çatması bir neçə il çəkən uzun kompleks prosesdir. Ölkə müxtəlif sahədə islahatlar aparmalı, islahatlar iqtisadi maliyyə dəyişiklikləri ilə müşayiət olunmalı, ölkənin Aİ-də rəqabət aparması, sonucda avronu qəbul etməsi üçün sağlam vəziyyətini göstərməlidir.

Şərqi Avropanın dəstəyi

Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel deyib ki, üzvlük məsələsi “bir xeyli il” uzana bilər.

Amma Praqa Zelenskinin müraciətini dəstəkləyib. Çexiyanın Baş naziri Petr Fiala deyib ki, “biz indiki məqamda Ukraynanın demokratik ölkələrin Avropa cəmiyyətinə qəbul olunmasına aydın işarə verməliyik”.

Şərqi Avropanın səkkiz ölkəsinin – Bolqarıstan, Çex Respublikası, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya Sloveniya prezidentləri fevralın 28-də imzaladıqları məktubda qeyd edirlər ki, Ukrayna “Aİ üzvlüyünə dərhal qəbul olunma perspektivinə layiqdir”.

Onlar Aİ üzvlərini Ukraynaya quruma namizəd ölkə status vermək üzvlük danışıqlarına başlamaq üçün blokun institutlarını hərəkətə gətirməyə çağırıblar.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button