En son xeberler

Ukrayna üçün ‘həlledici 24 saat’

Bazar günü Rusiyada müharibəyə qarşı etirazlarda 2700-dən çox, Belarusda azı 545 nəfər saxlanıb

Fevralın 28-də səhər saat 4-dən Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevi Xarkov şəhərini atəşə tutmağa başlayıb. Bu arada Rusiya Ukrayna nümayəndə heyətləri Belarus sərhədində danışıqlara başlamalıdırlar.

Bir gün öncə Prezident Vladimir Putin Rusiya nüvə qüvvələrini “xüsusi döyüş növbətçiliyi rejimi”nə gətirmək əmri verib. O qərarını NATO rəhbərlinini “aqressiv bəyanatları”na cavab olduğunu deyib.

İtkilər

Ukrayna Rusiyanın Çerniqov şəhərini bütün gecəni atəşə tutduğunu bəyan edir.

Paytaxt Kiyevdə ölkənin ikinci böyük şəhəri Xarkovda partlayışlar baş verir.

Prezident Volodimir Zelenski fevralın 27-də deyib ki, növbəti 24 saat – Rusiyanın təcavüzünün beşinci günü Ukrayna üçün “həlledici” olacaq.

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə olaraq müharibədə itkiləri etiraf etsə də, rəqəm açıqlamayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiya ordusunun 4500 itki verdiyini deyir.

Ukrayna Daxili İşlər Nazirliyi dinc əhali arasında itki sayını açıqlayıb – 352 nəfərin öldüyü, 1684 nəfərin yaralandığı bildirilir.

Aİ 450 milyon dollarlıq silah göndərir

Avropa İttifaqı (Aİ) Ukraynaya 450 milyon dollarlıq öldürücü silah göndərəcək. Bu, Aİ tarixində aktiv münaqişə zonasına ilk silah göndərişidir. Bundan başqa, Aİ-nin ayrı-ayrı üzvləri Ukraynaya döyüş təyyarələri verəcək.

Aİ-nin Xarici siyasət üzrə başçısı Jozep Borrel qeyd edib ki, Brüssel Ukraynanı müharibəni aparmaq üçün ciddi vasitələrlə təmin etməyə hazırdır.

Bazar günü Rusiyada müharibəyə qarşı etirazlarda 2700-dən çox, Belarusda azı 545 nəfər saxlanıb.

Putin fevralın 22-də Ukraynanın şərqindəki qondarma “DXR” “LXR” separatçı qurumlarının müstəqilliyini tanıyıb. İki gün sonra isə Ukraynaya müxtəlif istiqamətlərdən hücuma başlayıb. Putin hücumu Ukraynanı “demilitarizasiya” etmək məqsədi güddüyünü deyir.

Dünya liderləri Rusiyanın Ukraynaya təcavüzünü pisləyib, ona sanksiyalar tətbiq etməyə başlayıblar.

Rusiya rublu həftəni düşüşlə başlayıb. Moskva vaxtıyla səhər saat 6:50-də bir dollar 113.5 rubla bərabər olub.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button