En son xeberler

Rusiyanın MWC 2022 sərgisində və GSMA-nın digər tədbirlərində iştirakına qadağa qoyulub

    Davam edən koronavirus pandemiyası səbəbilə məşhur MWC (Mobile World Congress) sərgisi 2020-2021-ci illərdə ənənəvi formatda keçirilməmişdi. Sözügedən sərginin təşkilatçısı olan GSMA öncədən xəbər vermişdi ki, bu il ənənəvi sərgi Barselonada öz qapılarını hamı üçün açacaq. Belə də oldu. Sərgi artıq bugün start götürüb. Lakin Ukraynada olan vəziyyət səbəbilə Avropanın bir çox ölkəsi Rusiyanın beynəlxalq tədbirlərdə iştirakına qadağa qoyub. Buna misal olaraq Avroviziya mahnı müsabiqəsini ya Formula-1 yarışlarını gətirmək olar. GSMA isə rəsmi şəkildə elan edib ki, Rusiyanın MWC 2022 sərgisində GSMA-nın bu ilki tədbirlərində iştirakına qadağa qoyur.

    “GSMA assosiasiyası Rusiyanın Ukrayna ərazilərinə daxil olmasını pisləyir. Vəziyyət sürətlə dəyişir biz başa düşürük ki, müxtəlif hökumətlər Rusiyaya qarşı daha geniş sanksiyaların tətbiq edilməsi imkanını nəzərdən keçirdirlər. Yaranmış bu vəziyyətlə Ukraynada həlak olmuş insanların fonunda MWC əhəmiyyətsiz görünür. GSMA hökumətlərin bütün sanksiyalarına qoşulur qeyd edir ki, yaranmış vəziyyət səbəbilə MWC 2022 sərgisində Rusiyaya aid pavilyon mövcud olmayacaq” – deyə GSMA qeyd edib. Həmrəylik əlaməti olaraq Rusiyaya qarşı olan sanksiyaları dəstəkləyərək GSMA həmçinin MWC-də iştirak edən bəzi Rusiya şirkətlərini də qara siyahıya salıb.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button