En son xeberler

Rusiya rublu üzüaşağı gedir

Rublun zəifləməsi idxal mallarının – ərzaq, geyim, kompüter telefonların bahalanması, inflyasiya faiz dərəcələrinin yüksəlməsi deməkdir

Böyük Yeddilik (G7) ölkələrinin sərt maliyyə sanksiyalarından sonra bu gün – fevralın 28-də Rusiyanın milli valyutası 25 faizədək dəyər itirib. Prezident Vladimir Putin Ukraynaya hücum əmri verəndən sonra Qərbdən sanksiyalar gəlməkdədir.

Ötən həftəsonu dollara qarşı məzənnəsi 83.7 olan rubl bu gün 114-ə düşüb. Xəbəri “Bloomberg” yayıb.

“Banki.ru”nun məlumatına görə, kommersiya bankları daha aşağı məzənnə təklif edirlər, bir dollar 120-140 rubla satılır.

Oktyabrın sonundan 40 faizlik itki

Rusiya oktyabrın sonundan Ukrayna ilə sərhədə qoşun yığmağa başlayandan rubl dəyərinin 40 faizə yaxınını itirib.

G7 həftəsonu Rusiyanın Mərkəzi Bankına sanksiyalar tətbiq olunacağını, ən böyük maliyyə qurumlarını SWIFT sistemindən çıxaracağını açıqlayıb.

Sanksiyalar Mərkəzi Bankın G7 valyutalarında olan rezervlərini satmaqla rublu qorumasını məhdudlaşdırır.

Sanksiya elanı rusiyalıları əndişələndirib, həftəsonu banklardan pul çıxarmaq, rublu dəyişmək üçün növbələr yaranıb.

600 milyard dollarlıq ehtiyatın 50 faizi…

Rusiya ehtiyatlarının 50 faizə qədərini sanksiya tətbiq edən ölkələrin valyutalarında saxlayır. Qalan hissə isə qızıl yuanla olan aktivlərdir.

Son yeddi ildə Putin iqtisadiyyatının sanksiyalara duruş gətirdiyini göstərmək rublu qorumaq üçün xarici valyuta qızıl ehtiyatlarını artırıb. Bütün bunlar isə Rusiyada həyat səviyyəsinin getdikcə düşməsi bahasına başa gəlib.

Qərb hələ 2014-cü ildə, Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndə iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.

Fevralda Rusiyanın 600 milyard dollardan yuxarı ehtiyatları dünyada dördüncü yerdə idi.

Mərkəzi bankın fevralın 24-də Rusiyanın Ukraynaya ikinci təcavüzü başlanan gün rublu qorumaqdan ötrü 5 milyard dollar yaxın vəsait xərclədiyi bildirilir.

G7 də sanksiyalarla bunun qarşısını almaq istəyir.

Təsirlər

ABŞ-ın administrasiya rəsmisi fevralın 24-də sanksiyaları elan edəndə deyib ki, Rusiyanın xarici valyuta ehtiyatı “yalnız Putin ondan istifadə edəndə güclüdür”.

Rəsminin sözlərinə görə, mərkəzi bank daha qərbin maliyyə qurumlarından rubl ala beləliklə də “sanksiyalarımızın təsirini azalda” bilməyəcək.

Rublun zəifləməsi idxal mallarının – ərzaq, geyim, kompüter telefonların bahalanması, inflyasiya faiz dərəcələrinin yüksəlməsi deməkdir.

“Bu yeni sanksiyalar… Rusiya iqtisadiyyatına bank sisteminə ciddi zərbə vuracaq. Bu, banklardan əmanətlərin çıxarılmasını dollarlaşmanı gücləndirəcək, səhmlər düşəcək, ehtiyatlar tükənəcək”, – Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutunun icraedici vitse-prezidenti Kley Laueri bəyanatında deyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button