En son xeberler

Rubl məngənədə – Beynəlxalq Bank məhdudiyyət tətbiq etdi və… aradan qaldırdı

Rusiyanın Ukraynaya hərbi təcavüzü dünya birliyinin sərt müdaxiləsindən sonra rubl kəskin ucuzlaşıb. Hələ bir neçə gün əvvəl 1dollar – 75 rubl nisbəti bu gün bəzi banklarda qara bazarda 1 dollar – 150 rubla çatıb.

Rublun kəskin ucuzlaşması Azərbaycandan da yan keçməyib. Artıq Beynəlxalq Bank rublla bağlı qeyri-müəyyənlik riskləri nəzərə alaraq əhaliyə xəbərdarlıq göndərməyə başlayıb.

Beynəlxalq Bankdan Azərbaycan müştərilərinə göndərdiyi xəbərdarlıqda deyilir:

“Hörmətli Müştəri,

Maliyyə bazarlarında Rusiya rublu (RUB) ilə bağlı  yaranmış vəziyyətlə  əlaqədar müvəqqəti olaraq İnternetBank xidmətində,  Rusiya rublunda  (RUB)   bütün  nağd, nağdsız kross  konvertasiya  (alış/satış)  əməliyyatlarının  aparılması məhdudlaşdırılır.

Əməliyyatların bərpası barədə əlavə məlumat veriləcəkdir”.

Maraqlıdır ki, birinci xəbərdarlıqdan cəmi 3 dəqiqə sonra hansısa müdaxilə nəticəsində ikinci müraciət olub məhdudiyyətin aradan qaldırıldığı elan edilib.

Şərhsiz…

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button