En son xeberler

Putin Xarkovu qan gölünə çevirdi

Xarkovda “Qrad” atəşindən sonra xəsarət alanların sayı açıqlanıb. Bu barədə Xarkov Şəhər Administrasiyası məlumat yayıb.  Xarkova endirilən artilleriya zərbələrindən sonra xəstəxanalara 15 hərbçi 16 mülki şəxs yerləşdirilib.  Yaralı mülki şəxslərdən biri sonradan keçinib. Yaralı sayı dəyişə bilər, ölü sayı ilə bağlı dəqiq məlumat tezliklə açıqlanacaq.

Ümumilikdə, son sutka ərzində Xarkov Şəhər Klinik Xəstəxanasına 44 yaralı, o cümlədən 20 hərbçi gətirilib. Onlardan 2 hərbçi 5 mülki şəxs həlak olub.

Hazırda Xarkovda olan jurnalist, Eynulla Fətullayevdin verdiyi məlumata görə şəhərin heç bir hərbi obyekt yerləşməyən dinc yaaşyış kvartalına endirilən raket zərbələri nəticəsində küçələr qan gölünə çevrilib, təcili yardım xilasedicilər insanları dağıntılar altından çıxarmağa çalışır. 

***

15:40

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub. Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko feysbukda yazıb.

“İşğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var. Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb. (UNİAN)

https://www.youtube.com/watch?v=


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button