En son xeberler

Honor Magic 4 və Magic 4 Pro flaqman smartfonları təqdim olunub

    Honor şirkəti MWC 2022 sərgisi çərçivəsində Honor Magic 4 adlı yeni flaqman smartfon seriyasını təqdim edib. Sözügedən seriyaya adi Honor Magic 4-dən əlavə olaraq Honor Magic 4 Pro modeli də daxil olub. Hər iki smartfon xarici görünüşcə bəzi texniki özəlliklər üzrə bir-birindən fərqlənir. Smartfonlar 120 Hz-lik təsvir yenilənməsinə sahib 2848×1312 piksel keyfiyyətli 6.81 düym LTPO AMOLED ekran ilə təchiz olunublar. Smartfonların ekranlarının kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılıb. Adi Honor Magic 4 modelinin ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir. Lakin Honor Magic 4 Pro modelində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə ekranın yuxarı sol hissəsində yerləşir.

    Smartfonlarda Qualcomm-un 3D Sonic Sensor Gen 2 adlı barmaq izi skanı texnologiyasından istifadə edilir bu texnologiya birbaşa smartfonların ekranlarına inteqrasiya edilib. Bundan əlavə olaraq smartfonlarda xüsusi təhlükəsizlik çipindən istifadə edilir. Sözügedən çip şifrələrin biometrik məlumatların təhlükəsizliklərini təmin edir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor Magic 4 modeli Snapdragon 8 Gen 1 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 50 MP + 50 MP (122 dərəcə tutma bucağı, avtofokus, 2.5 sm makroçəkiliş) + 8 MP (3.5 qat optik zoom, 50 qat rəqəmsal zoom) üçlü arxa kamera, 12 MP-lik ön kamera 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Honor Magic 4 Pro modeli isə 50 MP + 50 MP (122 dərəcə tutma bucağı, avtofokus, 2.5 sm makroçəkiliş) + 64 MP (3.5 qat optik zoom, 100 qat rəqəmsal zoom) üçlü arxa kamera, 12 MP + 3D (100 dərəcə tutma bucağı) ikili ön kamera 100 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Digər özəlliklər baxımından Pro model adi model ilə eynidir. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar Turbo Engine OS Turbo X texnologiyalarını dəstəkləyirlər. Bu texnologiyalar yüksək performansın əldə olunması üçün smartfonlara olan yüklənməni optimizasya edirlər. Honor Magic 4-ün gövdəsi IP54 standartı, Honor Magic 4 Pro-nun gövdəsi isə IP68 standartı üzrə sudan qorunur. Smartfonlar Magic UI 6 interfeysli Android 12 vasitəsilə çalışırlar. Honor şirkətinin yeni smartfonları yaxın zamanda satışa çıxacaqlar. Honor Magic 4 modeli 899 avroya, Honor Magic 4 Pro isə 1099 avroya satılacaq.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button