En son xeberler

‘Gəlmək istəmirdim’. Öldürülən, əsir düşən rusiyalı əsgərlər

Rusiyalı əsgərlərin fotoları, videoları rəsmi sənədləri Telegram kanalında yerləşdirilir

Rusiya hökuməti Ukraynaya hücumda itkilərini açıqlamır. Ukrayna isə öldürülən, əsir götürülən əsgərlərin fotolarını yayır, rusiyalılardan onların kimliyinin müəyyənləşdirilməsində kömək istəyir.

Ukrayna Daxili İşlər Nazirliyi fevralın 27-də rusiyalı əsgərlərin qohumlarını onlayn platformalara yönəldib, orada öldürülən, yaxud əsir götürülən əsgərlərin fotolarını, videolarını tapmağa çağırıb.

Rusiyanın reaksiya vermədiyi deyilir

“İşi Svoyix” (Yaxınını axtar) adlı təşəbbüsün hədəfi Rusiyada müharibə əhvalını, hərbi əməliyyatlara dəstəyi sarsıtmaqdır.

Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib ki, Rusiya hökuməti əsgərlərin qalıqlarının qaytarılması məsələsinə reaksiya vermir.

“Buna görə də, Rusiya vətəndaşları, sizə müraciət etməyə məcburuq. Bizim ərazimizdə öldürülənləri, prezidentinizin qanunsuz mənfur göstərişi əsasında sərhədi qanunsuz keçdiyinə görə öldürülənləri tapa bilərsiniz”, – Denisenko rəsmi videomüraciətində deyib.

Prezident Vladimir Putinin Ukraynaya fevralın 24-də başlatdığı müharibədə öldürülən, yaralanan, əsir götürülən Rusiya əsgərlərinin sayı açıqlanmır.

Rusiyanın neçə hərbçisi həlak olub

Ukrayna ordusu isə fevralın 27-də Rusiyanın müharibədə 4 min 300 hərbçisini itirdiyini bəyan edib. Ancaq onların neçəsinin ölü, yaralı, yaxud əsir olduğu bildirilmir.

Ukrayna ordusu bir gün öncə 3 min 500-dən çox rusiyalı əsgərin öldürüldüyünü açıqlasa da, bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb.

Conflict Intelligence Team (CIT) adı araşdırmaçı qrupun təsisçisi Ruslan Leviyev müharibədə indiyədək azı 500 rusiyalı əsgərin öldürüldüyünü bildirir.

“Rusiyanın Müdafiə Nazirliyi bircə itkini belə etiraf etmir…sanki heç itki yoxdur”, – Leviyev AzadlıqRadiosu-nun Amerikanın Səsi ilə birgə layihəsi olan “Current Time”a deyib.

Leviyevin müsahibəsindən az sonra Müdafiə Nazirliyi itkiləri etiraf etsə də, say açıqlamayıb.

200rf.com

Ukraynanın rusiyalılar üçün açdığı vebsaytın URL-i 200rf.com-dur. “Cargo 200” öldürülən əsgərlərin meyitlərinin kodudur. Rusiyalı əsgərlərin fotoları, videoları rəsmi sənədləri Telegram kanalında yerləşdirilir.

Foto videolarda döyüşdə öldürülən əsgərlərin aşırı qrafik təsvirləri, əsir götürülən rusiyalı əsgərlərin kamera qarşısında dindirilməsi əks olunub.

Bir videoda rusiyalı hərbi əsir olduğu deyilən şəxsin qohumlarına yeri haqda məlumat verməsinə icazə verilir. Başqa bir videoda isə digər iddia olunan əsirin anasına atasına mesaj göndərməsi istənilir.

“Ana, ata, buraya gəlmək istəmirdim. Onlar məni məcbur elədilər”, – həmin şəxs yazır.

AzadlıqRadiosu videolardakı şəxslərə bəyanat səsləndirmək üçün hansı növ işgəncə verildiyini dəqiqləşdirə bilməyib.

Denisenko müraciətində deyir ki, Ukrayna hərbi əsirlərlə “çox insani” davranır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button