En son xeberler

Elon Musk ukraynalı vətəndaşlar üçün Starlink peyk internetini pulsuz istifadəyə verib

    Elon Musk öz iş layihələri çərçivəsində humanitar aksiyaları ilə məşhurdur. İlk növbədə o, təbii fəlakətlərdən zərər çəkmiş insanlara maddi yardım göstərir təbii fəlakətlər səbəbilə infrastrukturu zərər çəkmiş regionlara öz şirkətlərinin xidmətlərini məhsullarını təqdim edir. Bu dəfə isə o, Starlink peyk internetini ukraynalı vətəndaşlar üçün pulsuz şəkildə təqdim edib. Daha öncə Starlink-in Ukraynaya ən yaxın fəaliyyət göstərdiyi region Polşa idi. Ukraynalı məmurlardan biri Ukraynada baş verən müharibə şərtləri altında Musk-dan etibarlı şəbəkə kanallarının təqdim edilməsini xahiş etmişdi.

    Musk isə öz Twitter hesabında cavab olaraq bildirib ki, Starlink peyk interneti ukraynalı vətəndaşlar üçün tamamilə pulsuz şəkildə təqdim edilib bunun üçün nəzərdə tutulmuş əlavə qoşulma terminalları Ukraynaya çatdırılacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Musk sunamidən zərər çəkmiş Tonqa adlı dövlət üçün 50 ədəd peyk şəbəkə terminalını ayırmışdı. Yanvar ayının ortasında Tonqa dövləti sunamidən zərər çəkmişdi həmin təbii fəlakət çərçivəsində dövlətin yerüstü infrastrukturu məhv olmuşdu. Starlink peyk interneti isə həmin zərəri qarşıladı. Həmin vaxtda Starlink 1469 ədəd aktiv peykə sahib idi. İndi isə peyklərin ümumi sayı 2089 ədəddir


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button