En son xeberler

Ukrayna Müdafiə naziri Aliksey Reznikovdan Rusiyanı ələ salan paylaşım

“24 saat” xəbər verir ki, Ukrayna Müdafiə naziri Aliksey Reznikov bu gün Ukraynanın 72 saatlıq müqavimətinə həsrt edtdiyi paylaşımında bunları yazıb:

Hörmətli ukraynalılar!
72 saatlıq müqavimət.
Ölkəmizi dünyanı əbədi dəyişdirən üç gün.
Kiyevi 72 saata alacağına söz verənlər haradadır? Onlar hardadırlar? Mən onları görə bilmirəm. Mən yalnız onların bəhanələrini eşidirəm.
Əvəzində qəhrəman ordu, keçilməz keşikçilər, qorxmaz sərhədçilər, fədakar xilasedicilər, etibarlı polislər, yorulmaz tibb işçilərini görürəm. Hər kəs öz vəzifəsini yerinə yetirir.

Mən minlərlə vətəndaşın necə silaha sarıldığını, ölkəsinin müdafiəsinə qalxdığını, döyüşdüyünü görürəm.

Övladlarınızın nəvələrinizin gələcəyi üçün. Sevilənlər üçün. Atalarının xatirəsinə.
Ölkəm üçün.
Hamı səni görür, bütün dünya!
Qarşıda daha çox sınaqlar var. Amma indi qələbəmizə inanan tək biz deyilik.
Ətrafınıza baxın. Çoxları nəhayət qorxusuna qalib gəldi Kremlə meydan oxumağa cəsarət tapdı.
Hər saat daha çox insan başa düşür ki, Avropanın heç bir yerində belə ordu yoxdur. Heç bir yerdə. Bu ordu xalqımız olmadan Avropa heç vaxt təhlükəsiz olmayacaq. Bizsiz sadəcə olaraq, Avropa olmayacaq.
Ona görə də üç gün əvvəl mümkün olmayan yardım indi gəlir.
Qaranlıq çəkiləcək. İşıq gəlir. Gəlin parlamğa davam edək.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button