En son xeberler

Zelenskinin Ərdoğana təşəkkür etdi

Rusiyanın Ukraynaya təcavüzünün üçüncü günündə prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Zelenski ilə telefon əlaqəsi yaradıb. İki lider bölgədəki vəziyyəti müzakirə edərkən, Ərdoğan ən qısa zamanda atəşkəsin elan edilməsi üçün səy göstərdiklərini bildirib.

Verilən açıqlamaya görə, görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Rusiyanın hücumunda həyatını itirən Ukrayna vətəndaşlarına görə başsağlığı verib, yaralananlara şəfa diləyib.

“BİZ ATƏŞKƏS ÜÇÜN ÇALIŞIQ”

Prezident Ərdoğan daha çox insan itkisinin qarşısını almaq Ukraynaya daha çox ziyan dəyməməsi üçün ən qısa zamanda atəşkəs elan etmək üçün səy göstərdiklərini bildirib.

Zelenskinin Ərdoğanın sözlərinə cavab verməsi çox çəkməyib. Zelenski Twitter hesabından paylaşdığı açıqlamada, “Dostum Ərdoğana türk xalqının güclü dəstəyinə təşəkkür etmək istəyirəm. Qara dənizdə Rusiya gəmilərinə qadağa qoyulması hərbi, humanitar dəstək göstərmək bu gün çox vacibdir. Ukrayna xalqı göstərilən dəstəyi heç vaxt unutmayacaq” sözlərini yazıb.

Digər tərəfdən, Ərdoğanın Özbəkistan prezidenti Mirziyoyev, Türkmənistan prezidenti Berdiməhəmmədov Azərbaycan prezidenti Əliyevlə telefon danışığı apararaq bölgədəki hadisələri müzakirə etdiyi bildirilib.

“24 saat”


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button