En son xeberler

Ukraynada azərbaycanlı ailənin 3 üzvü aviazərbə nəticəsində öldü

Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib. 

Məlumata görə, əslən Cəbrayılın Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.

Qoşqar Fərzəliyevin yaxınları modern.az-a bildiriblər ki, onun qızı Sabina oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. 

Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.

Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva övladları həlak olub.

Q. Fərzəliyev həmin vaxt orada olmayıb.

Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələb idi. Onlar Ukrayna vətəndaşları olublar.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button