En son xeberler

NATO Ukraynaya hərbçi yollamayacaq, amma…

NATO Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Tod Volters NATO alyansına dəstək üçün sürətlə yerləşdirilə bilən Müttəfiqlərin quru, hava, dəniz xüsusi əməliyyat qüvvələrinin çoxmillətli qüvvələrinin səfərbər olunduğunu elan edib.

Qərarı “tarixi an” olaraq xarakterizə edən Wolters bunları deyib:

“Bu, müxtəlif yollarla istifadə oluna bilən çevik, etibarlı cavab qüvvəsini təmsil edir biz onların İMKANLARINDAN tam istifadə edirik.

Müttəfiq qoşunlarının səfərbər olunması o demək deyil ki, alyansın üzvü olmayan Ukraynaya ABŞ ya NATO hərbçiləri daxil olacaq.

ABŞ prezidenti Co Bayden ABŞ qoşunlarının Rusiyanın təcavüzkar hərəkətlərinə hiddətlənən NATO ölkələrini dəstəkləmək üçün Şərqi Avropaya yerləşdirildiyini Ukraynada döyüşməyəcəklərini bildirib.

Bayden bildirib ki, o, Estoniya, Latviya, Litva, Polşa Rumıniyaya əlavə hərbçilərin göndərilməsinə icazə verib.

“24 saat”


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button