En son xeberler

İsmayıllıda at əti satan şəxslər saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində yaşadığı ünvanda qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Rüstəm Həmzəyevin yaşadığı ünvana baxış keçirilərkən mənşəyinə sağlamlığına dair heç bir sənədi olmayan dörd baş ata məxsus ət, eləcə də həmin atların başları aşkarlanıb. Ev sahibi ifadəsində həmin ətləri sümükdən ayıraraq Bakı şəhərində satmaq məqsədində olduğunu bildirib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ətlərdən müvafiq nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.

Faktla bağlı təhqiqat araşdırmaları aparılır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button