En son xeberler

Erdoğan NATO və Qərbi ‘qətiyyətsizlikdə’ günahlandırır, amma…

Türkiyə prezidenti bidlirib ki, Moskvanın hərəkəti regional sülhə “ağır zərbə” vurub

Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 25-də deyib ki, NATO Qərbin Rusiyanın Ukraynaya hücumuna reaksiyası qətiyyətli olmayıb.
O ümid etdiyini bildirib ki, NATO sammiti alyansın daha qətiyyətli mövqe tutmasına kömək edəcək.
Reuters agentliyi bildirir ki, Türkiyə Qara dəniz hövzəsində Ukrayna Rusiya ilə həmsərhəddir hər iki ölkə ilə yaxşı münasibətlərə malikdir.
Ankara Moskvanı Ukraynaya hücumu dayandırmağa çağırıb Ukraynanın ərazi bütövlüyünə dəstək bildirib.
Türkiyə niyə bitərəf qalıb?
Prezident İstanbulda cümə namazından sonra jurnalistlərə deyib ki, yalnız “pisləməklə” iş bitmir NATO daha qətiyyətli addım atmalıdır:
“Aİ bütün Qərb mentaliteti ciddi qətiyyətli mövqe nümayiş etdirmir. Onlar elə hey Ukrayna ilə məsləhətləşirlər. Məsləhətlə iş aşmır. Atılan addımlara baxanda görürsən ki, heç addım atılmayıb”.
Qərbin Rusiyaya qoyduğu sanksiyalara rəğmən, Türkiyə belə tədbirlərə qarşı olduğunu bildirir. Türkiyə rəsmiləri baş verənlər barədə danışarkən “müdaxilə” “pisləmək” kimi sözlərdən qaçır, əvəzində “qeyri-məqbul” sözündən istifadə edirlər.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu fevralın 25-də NTV kanalına deyib ki, Türkiyə Avropa Şurasında Rusiyanın bu qurumdam çıxarılmasına dair səsvermədə “bitərəf” qalıb.
O bunu Türkiyənin dialoq tərəfdarı olması ilə izah edib.
Türkiyə boğazları bağlaya bilməyəcəyini deyib
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 25-də Avropanı Rusiya üzərinə sanksiyaları daha çevik daha güclü bir şəkildə qoymağa çağırıb.
O Rusiya qoşunlarının paytaxt Kiyev üzərinə yeridiyi bir vaxtda Qərb liderlərini siyasətbazlıqla məşğul olmaqda günahlandırıb.
Ukrayna fevralın 24-də Türkiyədən Aralıq Qara dənizləri birləşdirən boğazları bağlamağa Rusiya hərbi gəmilərini Qara dənizə buraxmamağa çağırmışdı.
Türkiyə bildirdmişdi ki, 1936-cı il Montrö razılaşmasına görə belə bir səlahiyyəti olsa da, öz bazasına qayıdan gəmilərin yolunu kəsmək səlahiyyəti yoxdur.
Ankara Kiyev arasında kommunikasiya davam edir
Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar fevralın 25-də deyib ki, Türkiyə Ukrayna hökumətləri Ukraynaya ərzaq, dava-dərman çadırların çatdırılması üçün daim əlaqədirlər.
Bodnar deyib ki, Ukraynanın ehtiyacı olan humanitar yardım siyahısı Türkiyə Xarici İşlər Fövqəladə Hallar nazirliklərinə təqdim olunub.
Fevralın 25-də Türkiyənin müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksi Reznikovla telefon söhbətində Ankaranın humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button