En son xeberler

Zelenski Ukraynada ümumi səfərbərlik haqqında fərman imzaladı

24saat.org xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada ümumi səfərbərlik haqqında fərman imzalayıb Çağırışçılar ehtiyatda olanlar hərbçilər xidmətə çağırılırlar. Sərəncamda səfərbər olunanların sayı qeyd olunmur – bu rəqəm Baş Qərargah tərəfindən müəyyən ediləcək. Bundan əvvəl Ukrayna prezidenti bütün ölkədə hərbi vəziyyət elan edib. Ukrayna Rusiya ilə bütün diplomatik əlaqələrini kəsib hava məkanını bağlayıb.

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “azifikasiyası demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kiyev, Xarkov, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar raket hücumları barədə xəbərlər gəlməyə başladı. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.

Çerniqov, Xarkov Kiyev vilayətlərində, Kiyev, Dnepr, Nikolayev Çerkassı vilayətində komendant saatı elan edilib.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə , Rusiya qoşunlarının işğalı nəticəsində 57 ukraynalı həlak olub, 169 nəfər yaralanıb .


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button