En son xeberler

Ukrayna Silahlı Qüvvələri bu məlumatı “ÖNƏMLİ” başlığı altında paylaşdı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın işğalı ilə bağlı məlumat

🔸Kiyev vilayətində vəziyyət. Kiyev bölgəsində Bucha (Buça) – Gostomel (Qostomel) – İrpen istiqamətləri vəziyyət çətin olaraq qalır. Rusiya işğalçı qoşunları son 4 saatdır müqaviməti yarmağa çalışır. Buçada hərbi texnika kolonunun qarşısını kəsmək onların hərəkətini dayandırmaq mümkün olub, düşmən texnikasını atıaraq geri çəkilib.

🔸 Volın istiqamətində quru qoşunlarının aktiv hərəkətləri qeyd olunmayıb. Düşmən aviasiyası Belarus Respublikası ərazisindən Ukrayna dövlət sərhədinin şimal hissəsi boyunca uçuşları aramsız davam etdirir.

🔸 Polissyada işğalçılar böyük heyətlə Kiyev şəhəri istiqamətində hücumlarını davam etdirirlər.
Hücumun tempini saxlamağa cəhd edən düşmən müəyyən istiqamətlərdə qruplaşmaların ikinci eşelonlarından istifadə edir.

🔸 Skadovsk istiqamətində əlavə bölmələrin irəliləyişi qeydə alınıb.

🔸 Ağır döyüşlər nəticəsində Milli Qüvvələr bölmələri düşmənin irəliləyişini dayandırıb mövqelərini qoruyub saxlayıblar.

🔸 Şçastya kəndi yaxınlığında Severski Donets çayı üzərindən keçən körpü dağıdılıb.

🔸 Dəniz hissələri Kalmius çayının sağ sahilində mövqeyini möhkəmləndirməyi bacarıb.

🔸 Mexanikləşdirilmiş bölmələrin digər bölmələri təmas xətti boyunca müəyyən məntəqələrdə möhkəmləniblər.

🔸Bizim hava hücumundan müdafiə sistemimiz bu gün Rusiya Hava Qüvvələrinin bir neçə ballistik raketini ən azı iki təyyarəsini məhv edib.

24saat.org


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button