En son xeberler

Rusiyanı çökdürəcək sanksiyalar gəlir – 24 saat

Fevralın 24-ü, gecə saatlarında Ukraynaya hücum edən Rusiya hərbi qüvvələri sərhəd boyu müdafiə xəttini bir neçə istiqamətdə yardıqdan sonra paytaxt Kiyevə yaxınlaşıb. Dünən gecə bu gün şəhər ballistik raketlərlə atəşə tutulub, dinc əhali arasında tələfat artır, çoxsaylı binalar dağılıb. Ukrayna mənbələrindən gələn xəbərlərə görə, hazırda şiddətli döyüşlər gedir, rus ordusu da ağır itkilər verir.

Qərbin işğala reaksiyası hələ ki, sanksiya mərhələsindən kənara çıxmayıb. Dünən gecə xalqa müraciət edən prezident Volodimir Zelenski bildirib ki, düşmənin təxribat qüvvələri Kiyevə daxil olub. “Paytaxtda öz xalqımla qalıram, ailəm də Ukraynadadır. Məlumat var ki, düşmən məni 1 nömrəli, ailəmi isə 2 nömrəli hədəf seçib. Övladlarım da Ukraynadadır. Amma indi haradadırlar – deməyə haqqım yoxdur. Rusiyanın hücumları nəticəsində Ukraynada 137 əsgər həlak olub, 116 əsgər isə yaralanıb. Biz tək qaldıq. Heç kim bizim üçün döyüşmək istəmir. Bizi NATO-ya qəbul etmək istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. Bu gün 27 Avropa liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur. Cavab vermirlər. biz heç nədən qorxmuruq. Biz Rusiyadan qorxmuruq. İndi ölkənin taleyi ordumuzdan xalqımızdan, sizin müdrikliyinizdən Ukraynanın bütün dostlarının böyük dəstəyindən asılıdır”,- o qeyd edib.

Dünən axşam mətbuat qarşında çıxış edən ABŞ prezidenti Co Bayden bəyan edib ki, Rusiya üzərinə yeni sanksiyalar qoyur. Prezident bildirib ki, Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsi kəsilir. Bayden əlavə edib ki, yeni sanksiyalar habelə Rusiya oliqarxlarını bu ölkənin texnologiya sektorunu hədəfləyəcək: “Bu müharibə Putinin seçimidir, nəticələrini də o Rusiya çəkəcək. Bu tədbirlər Rusiya iqtisadiyyatı üzərinə dərhal zamanı ilə ağır yük qoyacaq”.

Co Bayden deyib ki, ABŞ sanksiyaları Avropa müttəfiqləri ilə koordinasiyada tətbiq edir. O deyib ki, Avropa müttəfiqləri Rusiyanın 4 ən böyük bankının aktivlərini bloklayıblar.

Onlar habelə Rusiyanın ABŞ texnologiyaları idxalını yarıbayarı kəsiblər.

Bayden Rusiyanın SWIFT ödəniş sistemindən kəsilməsi ilə bağlı suallara cavab olaraq bildirib ki, indi qoyulan sanksiyalar həmin addımdan heç də az sərt deyil.

Britaniya da Ukraynaya təcavüzə görə Rusiya üzərinə indiyədək misli görünməmiş sanksiyalar elan edib. Rusiyanın əsas hava şirkəti “Aeroflot”un təyyarələrinin Britaniya hava limanlarına enməsi qadağan edilir. Bu barədə məlumatı baş nazir Boris Conson parlamentdə etdiyi çıxışda verib. Britaniya ən böyük Rusiya banklarına məhdudiyyətlər qoyub. VTB bankının aktivləri dərhal dondurulub.

Yeni sanksiyalar Rostex, Uralvagonzavod, Sibur, Promsvyazbank başqa iri Rusiya şirkətlərini hədəfləyir. Ümumilikdə Rusiyanın 100 fiziki hüquqi şəxsinin aktivləri dondurulur. Bundan başqa, Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna biləcək malların ixracına qadağan qoyulub. London habelə, istisnasız olaraq, bütün Rusiya vətəndaşları üçün bank hesablarında 50 min funtadək pul saxlamaq limiti qoyur.

Boris Conson deyib ki, sanksiyalar Rusiyanın müttəfiqi Belarusa da şamil ediləcək. Bu da xəbər verilir ki, sanksiya siyahısına salınanların arasında Putinin keçmiş kürəkəni Kirill Şamalov da var. O Putinin kiçik qızı – Rusiyanın ən gənc milyarderi Katerinanın əri olub. Conson bildirib ki, Rusiyanı dünya iqtisadiyyatından sıxışdırıb çıxarmaq lazımdır.

Britaniyanın ardınca Kanada da Rusiyaya qarşı sanksiyalar elan edib. Kanadanın sanksiya siyahısında 58 fərd vahidin adları var. Bunun nəticəsində VTB bankı Kiprin RCB bankındakı 46 faizlik payının satışa çıxarılması qərarına gəlib.

Dünən gecə Avropa Komissiyası da fövqəladə toplantı keçirərək, Rusiyaya 5 istiqamətdə sanksiyalar paketinin tətbiqinə dair təkliflərini verib. Bu təkliflər bu gün Avropa Birliyi hökumət başçıları Şurasında baxılıb, qəbul ediləcək. Sanksiya paketlərinə aşağıdakı istiqamətlər daxildir: 

Rusiya bank bazarının 70%-ni müdafiə sektoru da daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları;

Rusiya dövlətinə fayda verən əsas iqtisadi sahə olan enerji sektorunu hədəf alacaq. Avropa Birliyinin ixrac qadağası Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini mümkünsuz etməklə, neft sektoruna ciddi zərbə vuracaq;

Avropa Birliyi Rusiya aviaşirkətlərinə təyyarə avadanlıqların satışını qadağan edir;

Avropa Birliyi Rusiyanın yarımkeçiricilər ya qabaqcıl proqram təminatı kimi mühüm texnologiyalara çıxışını məhdudlaşdırır;

Vizalar: Diplomatlar, əlaqəli qruplar iş adamları artıq Avropa İttifaqına giriş üçün imtiyaz əldə etməyəcəklər. Yəni hamı bir nəfər kimi sıraya durub, növbəsini gözləyəcək. 

ABŞ-ın Dakota Universitetinin müəllimi, maliyyəçi ekspert Fariz Hüseynli Rusiyaya qarşı sanksiyaları şərh edərkən bildirib ki, Amerikanın son günlərdəki hərəkəti təktərəfli sanksiyalar qoymaq istəmədiyini göstərir: “Birincisi, onu göstərmək istəyir ki, Rusiya müttəfiqləri bölə bilməyib. Hökumət bu məsələni çox vacib hesab edir. 

İkincisi, həmişə beynəlxalq sistemdə dolları silah kimi işlətməkdə tənqid olunur. Kimlər tərəfindən? Təkcə Rusiya, Çin yox, həm də Avropa tərəfindən. Hələ İrana qarşı sanksiya qoyanda Avropa bankları alternativ ödəmələr sistemi söhbəti edirdi”

Ekspert qeyd edib ki, indi Amerikanın əsas hədəfi sanksiyaları Avropa başqa müttəfiqlərlə birgə qoymaqdır. “Deməli, proses yavaş gedəcək. Artıq əsas dövlət bankları şirkətlərinə ilk ağır sanksiyalar qoyuldu. Əsas problem Almaniya İtaliyadır. Razı olmurlar ki, Rusiya ilə aparılan neft-qaz ödəmələrinə sanksiya qoyulsun. İngiltərə Amerika nə qədər təzyiq etsə də hələ razılıq əldə edilməyib. İngiltərə əlindən gələni edir bu mövzuda”,- o vurğulayıb. 

F.Hüseynli bildirib ki, Rusiyanın SWIFT sistemindən çıxarılması ətrafında müzakirələr gedir: “Əslində, SWIFT olmadan da edə bilər. Məsələn, təktərəfli, ya da İngiltərə ilə birgə – dollar funta əli dəyən Rusiyaya ödəmə etməyəcək. Müxbir hesablar dondurulacaq nəticədə Rusiya ilə iş görənin dollara əli dəyməyəcək. SWIFT onsuz da bankların mesaj sistemidir, pul müxbir hesablardan gedir. Edə bilərlər, bunu amma hələ etmək istəmirlər, çünki etsə, deməli, Avropa ilə fikir ayrılığı var bunu Çin də blok edəcək. Əlbəttə, Çinin necə davranacağı da önəmlidir. Dünən Bayden dedi ki, Rusiyanın dollar, funt, avro, yen s. ödəmələrini kəsəcəyik. Amma bütün sistemi yox, ayrı-ayrı bankların adını çəkdi dolayı yolla onların müxbir hesablaşmasını çətinləşdirdi. Texnologiya ixracı sanksiyası da qoyuldu. Sonra satınalmalarda Almaniyanın təkidilə neft-qazı qismən saxlasa da, dünən Rusiya neftini şirkətlər almaq istəməyiblər, bəzi markalarda spot qiymət hətta mənfi olub. Banklar da bəzi ticarət anlaşmalarına kredit məktubu verməyiblər. Hamı yeni sanksiyalardan qorxur.

Uzun sözün qısası, təktərəfli sanksiyalarla da çox şey edə bilərlər Avropaya da “ya bizdənsiz, ya düşmənsiz” deyə bilərlər. Amma dediyim kimi, indiki hökumətin yanaşması kollektiv qərar almaqdır, ona görə gecikirlər. Baydendən iki ölkəni soruşdular – Çindən qoşulmağı istəyəcəksizmi? Dedi ki, bu suala cavab verməyəcəm. Hindistanla bağlı isə dedi, müzakirə aparacağıq. Ola bilsin, ABŞ Çinlə danışıqlar aparır”

Ekspert ümid edir ki,  əvvəl-axır ya Avropadakı iki-üç ölkəni yola gətirib, hamılıqla Rusiyaya sanksiya tətbiq edəcəklər, ya da artıq təktərəfli daha sərt sanksiyaları qoyacaqlar. Onun sözlərinə görə, sanksiyaları sərtləşdirib, sistemi tam qurutmaq həmişə mümkündür.

Turqut


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button