En son xeberler

Rusiya Minskdə danışıqlara hazır olduğunu deyir

Ukrayna prezidenti çıxışında Rusiyanın təməl insan haqlarına qarşı çıxdığını  qeyd edib

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində Rusiyanın onun ölkəsinə soxulmasını “Avropaya qarşı müharibənin başlanması” adlandırıb. Zelenski videonun sonunda Rusiya Prezidenti Vladimir Putinə danışıqlara başlamağı təklif edib.
“Ukraynanın bütün ərazisində döyüşlər gedir. Gəlin, danışıqlar masasına əyləşək, insan ölümlərinə son verək”, – Zelenski deyib.
Ukrayna Prezidenti çıxışında Rusiyanın təməl insan haqlarına qarşı çıxdı.ığını da qeyd edib.
Rusiya nümayəndə heyəti göndərməyə hazırdır
Rusiya Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır. Bunu isə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Xəbəri “RİA Novosti” yayıb.
“Ukrayna prezidenti Zelenski bu gün Ukraynanın neytral statusunun müzakirəsinə hazır olduğunu bəyan edib. Rusiya Prezidenti Vladimir Putin ilkin olaraq deyirdi ki, əməliyyatın məqsədi DXR DXR-ə yardım, Ukraynanın demilitarizasiyası denasifikasiyasıdır. Məhz bu, neytrallıq statusunun ayrılmaz komponentidir”, – Peskov vurğulayıb.
Onun sözlərinə görə, nümayəndə heyətinə müdafiə, xarici işlər nazirliklərinin, həmçinin prezident administrasiyasının təmsilçiləri daxil olacaq.
Avropalılara çağırış
Ukrayna prezidenti Avropanı ölkəsinə daha fəal kömək göstərməyə çağırıb.
“Bizə belə ləng kömək edirsinizsə, özünüzü necə müdafiə edərsiz?” – deyən Zelenski avropalılara müraciət edib ki, Ukraynaya gələrək “bizimlə birlikdə” Avropanı müdafiə etsinlər.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Ukraynanın şərqindəki “DXR” “LXR” adlı separatçı qurumların müstəqilliyini tanıyıb. Fevralın 24-də səhər tezdən isə Ukraynaya hücuma başlayıb. Hazırda paytaxt Kiyevə bir neçə tərəfdən hücum olunduğu, raket zərbələri endirildiyi bildirilir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button