En son xeberler

Rusiya diversantları Kiyevə soxulub – VİDEO

Ukraynanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Rusiyanın diversiya-kəşfiyyat qrupları artıq Kiyevin Oboloni rayonuna soxulublar. Nazirlik şəhər sakinlərinə müraciət edərək yandırıcı kokteyllər hazırlamağa, düşmən diversantları ilə qarşılaşdıqları halda onları məhv etməyə çağırıb. “Oboloni rayonunda düşmənin diversiya-kəşfiyyat qrupları var. Vətəndaşlardan xahiş edirik texnikanın şübhəli hərəkəti barədə dərhal məlumat versinlər. “Molotov” kokteyli hazırlayın ki, işğalçını zərərsizləşdirəsiniz! Dinc sakinlər, ehtiyatlı olun! Evlərinizi tərk etməyin!”,-müraciətdə bildirilir.

Az əvvəl Kiyev vilayətinin Hostomel şəhərindən paytaxta doğru Ukrayna ordusunun yük maşınlarında  hərəkət edən Rusiya diversantlarının isə artıq məhv edildiyi bildirilir.

***

Kiyev yaxınlığındakı Hostomel şəhərində Ukrayna ordusunun hərbçiləri Rusiya qüvvələri ilə yaxın döyüş aparır. Bu barədə sosial şəbəkələrdə videokadrlar yayılıb.

Habelə Vorzele rayonunda, Kiyevin Obolon Vinoqradar rayonlarında atəş səsləri eşidilir. Üzərində tanınma nişanı olmayan iki BTR isə Kiyevin Novokonstinovka küçəsindən Kurenevki rayonuna doğru gedib.

***

Rusiya qoşunları Ukrayna ordusunun iki yük maşınını ələ keçiriblər Kiyev vilayətinin Obolini rayonundan paytaxtın mərkəzinə doğru hərəkət edirlər. virtualaz.org xəbər verir ki, bu haqda müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O, videomüşahidə kameralarından çəkilmiş görüntüləri də paylaşıb. Həmin görüntülər Kiyev vilayətinin Hostomel şəhərində çəkilib.

“Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinin iki yük avtomobilini ələ keçirib, ukraynalı hərbçilərin formalarını geyinib Obolini tərəfdən sürətlə Kiyevin mərkəzinə hərəkət edirlər, onların ardınca Rusiya hərbi yük maşınlarının kalonu hərəkət edir. Onlar mütləq məhv ediləcək”, – Malyar bildirib.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button