En son xeberler

Moldova fövqəladə vəziyyət elan edir

Baş nazir Nataliya Qavrilita Rusiyanın hücumundan sonra Ukraynadan 4200-dən çox qaçqının ölkəyə girdiyini bildirib

Moldova parlamenti Rusiyanın qonşu Ukraynaya hücumuyla əlaqədar 60 günlük fövqəladə vəziyyəti təsdiqləyib.

Fevralın 24-də təcili toplantıda təsdiqlənmiş fövqəladə vəziyyət çərçivəsində kütləvi nümayişlər qadağan olunur, “arzuolunmaz şəxslər”i ölkədən çıxarmağa hökumətə icazə verilir.

Baş nazir Nataliya Qavrilita Rusiyanın hücumundan sonra Ukraynadan 4200-dən çox qaçqının ölkəyə girdiyini bildirib.

Çoxları Avropa İttifaqına getmək istəyirlər, azı 100 nəfər Moldovada sığınacaq üçün müraciət edib.

Sərhəddə yardım mərkəzləri

AzadAvropa/AzadlıqRadiosu-nun müxbirləri Ukrayna ilə iki sərhəd keçidində yardım mərkəzləri yaratdığını xəbər verirlər. Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, müəyyən sayda qaçqının mərkəzlərdə 72 saat müddətinə yerləşdirilməsi mümkün olacaq.

Moldovanın media vebsaytları Ukrayna ilə sərhədə onlarla avtomobilin növbəyə düzüldüyünü xəbər verir. Moldovanın Ukrayna ilə 1222 km-lik sərhədi var.

Aİ üzvü, Ukrayna ilə 650 km-lik sərhədi olan Rumıniyaya Ukraynadan gedənlərin sayı artıb. Ancaq yerli rəsmilər Rumıniyaya keçən Ukrayna vətəndaşlarının Polşa Çex Respublikasına getmək istədiklərini bildirir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button