En son xeberler

Gürcüstan Rusiyaya sanksiyalara qoşulmayacaq

Həmrəylik əlaməti olaraq Kiyevə səfər edib-etməyəcəyi haqda suala cavabında Qaribaşvili Ukraynanın hava məkanının hazırda bağlı olduğunu deyib

Gürcüstan ölkənin xalqın maraqlarını nəzərə alaraq Qərbin Rusiyaya qarşı iqtisadi maliyyə sanksiyalarına qoşulmağı planlaşdırmır. Bu haqda ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.
“Bu (sanksiyalar) ölkəmizə xalqımıza daha böyük ziyan vuracaq”, – Qaribaşvili bildirib.
Hökumət başçısı Milli Təhlükəsizlik Şurasının, yaxud parlamentin xüsusi iclasının keçirilməsinə gərək duymadığını qeyd edib.
Həmrəylik əlaməti olaraq Kiyevə səfər edib-etməyəcəyi haqda suala cavabında Qaribaşvili Ukraynanın hava məkanının hazırda bağlı olduğunu deyib.
ABŞ Prezidenti Co Bayden aktivləri bir trilyon dollardan az olmayan Rusiya banklarına qarşı yeni sanksiyaları açıqlayıb. Onların sırasında VTB bank da var.
Bundan başqa, Birləşmiş Ştatlar Rusiyanın dollar, avro, funt-sterlinq yenlə biznes aparmaq imkanlarını məhdudlaşdıracaq, ölkəyə yüksək texnologiya məhsullarının idxalını yarıbayarı azaldacaq.
Məhdudiyyətlər Rusiya sənayesinə kosmik sahəyə də aiddir. Ayrı-ayrı məmurlara, böyük biznesmenlər onların ailələrinə də sanksiyalar tətbiq edilir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button