En son xeberler

Ukrayna Pravoslav Kilsəsi Putinə: ‘Qardaş qırğınını dayandırın’

google-news

Müraciətində deyilir ki, Rus Ukrayna xalqları arasında müharibə “öz qardaşı Habili paxıllıq zəminində öldürmüş Qabilin günahının təkrar olunması deməkdir

Moskva Patriarxlığının tabeçiliyində olan Ukrayna Pravoslav Kilsəsinin başçısı – mitropolit Onufri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Ukrayna möminlərinə vətəndaşlarına müraciət edib.

O baş verənləri “bəla” adlandırıb, Ukrayna, onun ordusu xalqına dualar etməyə çağırıb:

“Bu faciəli vaxtda torpağımızı xalqımızı müdafiə edən onun keşiyində dayanan döyüşçülərimizə xüsusi sevgi dəstəyimizi bildiririrk”.

Onufri habelə Rusiya prezidenti Vladimir Putindən “qardaş qırğını olan bu müharibənin dərhal dayandırılmasını” rica edib.

Onun müraciətində deyilir ki, Rus Ukrayna xalqları arasında müharibə “öz qardaşı Habili paxıllıq zəminində öldürmüş Qabilin günahının təkrar olunması deməkdir belə müharibə nə Allah, nə də insanlar üçün məqbuldur”.

Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi Ukraynada fəaliyyət göstərən ən böyük pravoslav icmasıdır.

Ukraynanın ikinci pravoslav kilsəsi 2019-ci ildə Konstantinopol (İstanbul) patriarxlığından müstəqillik alıb Rus Pravioslav Kilsəsinə tabe deyil. Bu kilsə pravoslav kilsələrin təxminən yarısı tərəfindən tanınır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button